ADAU-nun rektoru fakültələrdə professor-müəllim heyəti ilə görüşlər keçirir

18-09-2015, 22:00
1 085

http://s003.radikal.ru/i204/1509/3d/c6e7d70b602c.jpg


Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə professor-müəllim heyəti ilə görüşlər keçirir.Görüşün məqsədi yeni tədris ilində mövcud olan problemlər və onların həlli yollarını, qarşıda duran vəzifələri müzakirə etməkdir.17 sentyabr 2015-ci il tarixində aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələrinin kollektivi ilə görüşən rektor dünya iqtisadiyyatına inteqrasiya, təhsildə rəqabətin gücləndiyi müasir dövrdə aqrar mütəxəssis hazırlığının mövcud vəziyyəti və onun təkmilləşdirilməsi istiqamətləri, son illərdə yaradılmış müasir tədris bazasının potensial imkanlarından mütəxəssis hazırlığı prosesində səmərəli istifadə edilməsi məsələlərini müzakirə edib. İşgüzar və açıq müzakirə şəraitində keçən görüşdə fakültə əməkdaşları tərəfindən səmərəli təkliflər verilib, rəylər bildirilib.

ADAU-nun mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: