Azərbaycan ilə İsrail arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

19-09-2015, 10:00
1 205

http://s019.radikal.ru/i624/1509/19/15c7b4a60389.jpg


Təhsil naziri Mikayıl Cabbarovun İsrail Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Dan Stav ilə görüşü olub.
Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə nazir M.Cabbarov səfir Dan Stavı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb. Sonra iki ölkə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: