Azərbaycan səfiri etimadnaməsini Trinidad və Tobaqo prezidentinə təqdim edib

19-09-2015, 13:00
828

http://s58.radikal.ru/i162/1509/8d/09952fa28111.jpg


İqamətgahı Braziliya şəhərində olmaqla, Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini sentyabrın 17-də bu ölkənin prezidenti Antoni Karmonaya təqdim edib.
Azərbaycan Respublikasının Trinidad və Tobaqodakı səfirliyindən bildiriblər ki, mərasimdə səfir E.Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Antoni Karmonaya çatdırıb. Səfir həmçinin, Azərbaycan ilə Trinidad və Tobaqo əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu və iki ölkə arasında energetika, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu bildirib.
Prezident Antoni Karmona səfir E.Sultanova təşəkkür edərək, səmimi salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. O, həmçinin ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə Trinidad və Tobaqo arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində səfir E.Sultanov Trinidad və Tobaqo Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri ilə bir sıra görüşlər keçirib və görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: