Qaradağda Qurban bayramı münasibətilə kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil olunub

19-09-2015, 15:30
632

http://s001.radikal.ru/i194/1509/72/2afbf9384ed8.jpg


Sentyabrın 19-da Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə kənd təsərrüfatı yarmarkası təşkil olunub.
İcra hakimiyyətindən bildiriblər ki, yarmarkanın keçirilməsində məqsəd Qurban bayramı ilə əlaqədar rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, həmçinin süni qiymət artımının qarşısını almaqdır.
Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, balıq, toyuq, süd məhsulları, həmçinin müxtəlif növ və bol çeşiddə çərəzlər satışa çıxarılıb. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılıb.
Sakinlər məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildirib və ölkə rəhbərliyinə minnətdarlıq ediblər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: