"Neftçi" "Xəzər Lənkəran"la bərabərə qaldı

21-09-2015, 09:45
858

http://s017.radikal.ru/i405/1509/c8/005d4a3cdc64.jpg


"Neftçi" "Xəzər Lənkəran"la bərabərə qaldı, "Qarabağ" qalib gəldi
Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, ikinci oyun gününə daha iki görüş nəzərdə tutulub.
Günün ilk qarşılaşması Gəncədə keçirilib Son Azərbaycan çempionu "Qarabağ" "Kəpəz"in qonağı olub. Ağdam təmsilçisi səfərdə 3:2 hesablı qələbə qazanmaqla liderliyini qoruyub.
Turun maraqla gözlənilən görüşü paytaxtda keçirilib. Burada "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edib. "Neftçi" bu oyunda qələbə qazanmaqla liderlər sırasında qərarlaşmağa çalışacaqdı. Lənkəran təmsilçisi də səfərdən ən azı bir xalla ayrılmaq niyyətində idi. Matçın 5-ci dəqiqəsində penaltidən yararlana bilməyən Araz Abdullayev 58-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Lakin "Xəzər Lənkəran"ın lideri Rahid Əmirquliyev iki dəqiqə sonra hesabı bərabərləşdirib - 1:1.
Qeyd edək ki, Premyer Liqada 5-ci tura sabah keçiriləcək "Qəbələ" – "Sumqayıt" oyunu ilə yekun vurulacaq.



20 sentyabr

Azərbaycan Premyer Liqası, 5-ci tur

21:00. "Neftçi" – "Xəzər Lənkəran" - 1:1
Qollar: Araz Abdullayev, 58 (1:0), Rahid Əmirquliyev, 60 (1:1)
Qırmızı vərəqə: Adrian Skarlatake, 56 ("Xəzər Lənkəran")
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
8-ci km qəsəbə stadionu

Matçın 5-ci dəqiqəsində baş hakim Rəhim Həsənov "Xəzər Lənkəran"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Araz Abdullayev bu fürsətdən yararlana bilməyib. Onun zərbəsini Lənkəran təmsilçisinin qolkiperi Orxan Sadıqlı dəf edib.


16:30. "Kəpəz" – "Qarabağ" - 2:3
Qollar: Coşqun Diniyev, 38-pen. (0:1), Bəxtiyar Soltanov, 49 (1:1), Samuel Armenteros, 50 (1:2), Elvin Məmmədov, 75-pen. (1:3), Ећəhriyar Rəhimov, 90+4 (2:3)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
Gəncə şəhər stadionu


21 sentyabr

21:00. "Qəbələ" – "Sumqayıt"
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev
Qəbələ şəhər stadionu

19 sentyabr

AZAL – "İnter" - 0:1
Qol: Nizami Hacıyev, 16
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
"Dalğa Arena"

"Zirə" – "Rəvan" - 2:1
Qol: Rəşad Abdullayev, 13-pen. (1:0), Yovan Krneta, 24 (2:0), Tural Qürbətov, 63 (2:1)
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu


Turnir cədvəli


N Klublar O Q H M T-F X
1 Qarabağ 5 4 1 0 10-5 13
2 İnter 5 3 1 1 4-3 10
3 Zirə 5 2 3 0 4-2 9
4 Neftçi 5 2 2 1 6-4 8
5 Qəbələ 4 2 1 1 6-4 7
6 Xəzər Lənkəran 5 1 3 1 5-4 6
7 Kəpəz 5 1 2 2 4-5 5
8 Sumqayıt 4 0 3 1 2-3 3
9 Rəvan 5 0 2 3 4-8 2
10 AZAL 5 0 0 5 0-7 0



Bombardirlər:

Riçard Almeyda ("Qarabağ") - 2 qol
Rəhman Hacıyev ("Neftçi") - 2 qol
Rahid Əmirquliyev ("Xəzər Lənkəran") - 2 qol
Aleksey Antonov ("Qəbələ") - 2 qol
Fəhmin Muradbəyli ("Neftçi") - 2 qol
Dieqo Martins ("İnter") - 2 qol
Tural Qürbətov ("Rəvan") - 2 qol


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: