Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib

22-09-2015, 12:00
796

http://s013.radikal.ru/i325/1509/69/b28665f77d0b.jpg


В«AzərikimyaВ» İstehsalat Birliyinin akt zalında 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qətiyyətli addımları ilə ölkəmizin iqtisadi-siyasi həyatında taleyüklü dəyişikliklərə imza atmışdır. Bu dəyişikliklərin təməlində isə 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın ən məşhur neft şirkətlərinin iştirakı ilə imzalanan müqavilə dayanır ki, bu müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə В«Əsrin müqaviləsiВ» adlandırıldı. Bu möhtəşəm müqavilə Azərbaycanın qarşısında yeni və daha böyük perspektivlərin açılmasına səbəb oldu.
В«AzərikimyaВ» İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov, artıq altı ildir ki, boyük neftçilər ailəsi ilə birgə peşə bayramını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik etmiş, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirmişdir. Natiq mütəmadi olaraq neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adların verməsini, onların orden və medallarla təltif etməsini ölkə başçısının Azərbaycan neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətləndirmiş, Prezidentin fərdi təqaüdünə (1 nəfər), "Əməkdar mühəndis" fəxri adına (1 nəfər) və "Tərəqqi" medalına (3 nəfər) layiq görülmüş "Azərikimya"nın əməkdaşlarına xoş arzularını çatdırmışdır.
Tədbir boyu "Azərikimya" İB-də qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həyatı dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının nəzər-diqqətinə çatdırılmışdır.
Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Ећurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək kimyaçıları bayram münasibətilə təbruk etmiş və SOCAR prezidentinin əmri ilə təltif olunmuş Birliyinin 5 nəfər işçisinə - Etilen-polietilen zavodunun Piroliz Qazının sıxılması və təmizlənməsi sahəsinin qaz təmizləyici aparatçısı İlham Hacıyevə , Etilenin qəbulu və sıxılması sahəsinin mexaniki Kamal Quliyevə, Qazayırma sahəsinin qazayırma aparatçısı Sima Quliyevaya, Mexaniki emal sahəsinin viniplast üzrə lehimləyicisi Vəfadar Nəsirova və Təmir-tikinti idarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsinin iş icraçısı Sərdar Məmmədova Fəxri fərman və pul mükafatlarını təqdim etmişdir. Təqdirəlayiq haldır ki, təltif olunanlar sırasında "İlin ən yaxşı kimyaçısı" müsabiqəsində qalib adını qazanmış Etilen-polietilen zavodunun Buxar və elektrik enerjisi istehsalatının rəis müavini İlqar Səmədovun da adı var.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: