Bağlanan xətt açıldı

22-09-2015, 12:45
586

http://s018.radikal.ru/i526/1509/8a/3c1c579da568.jpg


İnterval da əvvəlki vəziyyətə qaytarılıb.

Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının təmirə bağlanan ikinci xətti açılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, bu gün səhər saatlarından stansiyanın ikinci xətti sərnişinlərin istifadəsinə verilib.

O qeyd edib ki, qatarlar arasında interval da əvvəlki vəziyyətə qaytarılıb, yəni, 10 dəqiqədən 8 dəqiqəyə qədər azaldılıb.

Qeyd edək ki, fevralın 9-da bağlanan xəttin bu ilin sonuna qədər açılması planlaşdırılırdı, lakin təmir işləri vaxtından qabaq yekunlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl də hər iki xətt mütəmadi istifadə olunmurdu, bir xətdən gələn qatar digəri ilə yola salınırdı. Tunel boya işləri və korroziyanın yol açdığı bəzi problemlərlə əlaqədar sağlamlaşdırma işləri üçün bağlanmışdı. "Cəfər Cabbarlı" stansiyasının təmirə bağlanan ikinci xətti, fevralın 9-da bağlanmışdır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: