Məmmədyarov: Təhlükəsizlik üçün sülhməramlı əməliyyatlar kifayət etmir

29-09-2015, 13:00
634

http://s017.radikal.ru/i439/1509/bf/995d6f989e87.jpg


XİN başçısı sammitdə çıxış edib.

Beynəlxalq sülh və təhlükəsizliyə nail olunması üçün yalnız sülhməramlı əməliyyatlar kifayət etmir.

Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Sülhməramlılar Sammitində çıxışı zamanı deyib.

"Sülhməramlı əməliyyatlar adətən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması hallarında mövcud problemə münasibətə bir cavabdır. Sülhməramlı əməliyyatların əhəmiyyətini və töhfələrini kiçiltmədən, biz daim xatırlamalıyıq ki, sülh və təhlükəsizliyin bərpası və qorunması üçün dövlətlər tərəfindən beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin, xüsusilə də dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinə əməl etməsinin təmin olunması ilkin və öncül tələbdir", - nazir deyib.

Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycan BMT-nin sülhməramlı əməliyyatlarını beynəlxalq sülh və təhlükəsizliyin saxlanılmasında önəmli mexanizmlərdən biri kimi dəstəkləyir.

"Qonşu Ermənistan tərəfindən hərbi təcavüz, işğal və etnik təmizləməyə məruz qalmış və digər münaqişələrin qonşuluğunda yerləşən bir dövlət kimi Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında regionda və onun hüdudlarından kənarda davamlı sülh və təhlükəsizliyin yaradılmasına sadiqdir.

1999-cu ildən Azərbaycan Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyaların hərbi heyətinə nəzərəçarpacaq dərəcədə töhfə vermişdir. Hazırda, Azərbaycan NATO tərəfindən Əfqanıstanda həyata keçirilən "Qəti dəstək" əməliyyatında iştirak edir.

Biz, Azərbaycanda təlim təchizi təminatı da daxil olmaqla, BMT-nin sülhməramlı fəaliyyətlərini dəstəkləməkdə davam edəcəyik", - XİN başçısı qeyd edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: