"Son 5 ildə əmək haqları 3 dəfə artıb" - MÜSAHİBƏ

9-10-2015, 17:00
802

http://s017.radikal.ru/i421/1510/5a/8e6883056bf3.jpg


В«AzərikimyaВ» İB-nin SOCAR-ın tərkibində daha sürətlə inkişaf edəcəyini nəzərdə tutan iqtisadi proqnozlar bu gün özünü doğrultВ­maqВ­dadır"

"Azərikimya" İstehsalat Birliyinin İqtisadiyyat və uçot İdarəsinin rəisi İsrail Əfəndiyevlə müsahibə

- İsrail müəllim, 2010-cu ilin aprelindən "Azərikimya" SOCAR-in struktruna daxil edilib. Bu da 5 ildən artıq bir müddət deməkdir. 2009-cu illə müqayisədə В«AzərikimyaВ» İB-nin iqtisadi vəziyyəti ilə bağlı düşüncələrinizi bizimlə bölüşməyinizi istərdik.

- В«AzərikimyaВ» İstehsalat Birliyinin SOCAR-ın tərkibində daha sürətlə inkişaf edəcəyini nəzərdə tutan iqtisadi proqnozlar bu gün, demək olar ki, özünü doğrultВ­maqВ­dadır. Ötən 5 il ərzində SOCAR-ın bilavasitə texniki və maliyyə yardımı sayəВ­sində В«AzərikimyaВ»nın texniki bazasının gücВ­ləndirilməsi, fiziki və mənəvi baxımdan köhnəlmiş, müasir standartlara müvafiq olmaВ­yan texnoloji qurğu və avadanlıqların yenidən qurulması, məhВ­sul istehsalının artıВ­mına, xammal və yarımfabrikat məhsulların itkisinin qarşısının alınВ­masına yönəldilmiş əsaslı təmir və modernləşmə işləri, kimyaçıların əməyinin layiqincə qiyВ­mətВ­ləndiriВ­ləВ­rək, maaşВ­larının artırılması, iş və məişət şəraitinin yaxşılaşВ­dırılВ­ması В«AzərikimyaВ» İB-də həm istehsalat, həm də insan amili baxımınВ­dan yeni bir canlanmaya və yüksəlişə səbəb olВ­muşВ­dur.

- Bu deyilənləri konkret faktlarla əsaslandırmaq olarmı?
- Konkret faktlara gəlincə, deyə bilərəm ki, 2014-cü ildə "Azərikimya" İstehsalat Birliyində 181 347,7 min manatlıq əmtəəlik məhsul istehsal olunmuşdur ki, bu da 2009-cu il ildə istehsal olunmuş 71522,5 min manatlıq məhsulla müqayisədə 153,6% artım deməkdir. Həmçinin 2009-cu ildə Birlik üzrə 189471,0 ton xammal emal olunmuşdursa, 2014-cü ildə bu rəqəm 371355, 1 ton olmuşdur. 2009-cu ildə məqsədli məhsulların faktiki çıxımı – etilen üzrə 24,29%, propilen üzrə 12,85% təşkil etdiyi halda, 2014-cü ildə müvafiq olaraq etilen üzrə 27,87%, propilen üzrə 15,13% təşkil etmişdir.

- İstehsal olunmuş kimya məhsullarının dinamikasını 2009-cu illə müqayisəli şəkildə vermək mümkündürmü?

- Mümkündür, amma cari il hələ başa çatmadığından bu müqayisəni 2014-cü illə aparmaq istərdim. İstehsal olunmuş kimya məhsullarının 2009-cu ilə nisbətdə dinamikası 2014-cü ildə aşağıdakı kimi olmuşdur:
2009-cu il – polietilen 42 252 min ton, etilen 43 453 min ton, propilen 22 957 min ton, maye proliz qətranı 45 695 min ton, saf İPS 9 968 min ton.
2014-cu il – polietilen 101 036 min ton, etilen 104 042 min ton, propilen 56 493 min ton, maye proliz qətranı 71770 min ton, saf İPS 10 570 min ton.

- Bu iqtisadı artım özünü işçilərin əməkhaqqısında da əks etdiribmi?

- Əlbəttə, əks etdirib. Qeyd edim ki, 2014-cü ildə bütün ödənişlər nəzərə alınmaqla 1 işçiyə düşən orta aylıq gəlir 623,5 manat, orta aylıq əmək haqqı isə 570,0 manat təşkil etmişdir. Halbuki bu rəqəm 2009-cu ildə 204,6 manat olmuşdur ki, bu da 5 il ərzində əmək haqlarının 3 dəfə artması deməkdir.

- Bəs bir işçiyə düşən məhsul istehsalında vəziyyət necədir?

- 2009-cu ildə bir işçiyə düşən məhsul istehsalı 11,4 min manat təşkil etmişdirsə, bu rəqəm 2014-cü ildə 57, 6 min manat olmuşdur. Göründüyü kimi, bu da çox böyük fərq deməkdir.

- İsrail müəllim, bəs В«AzərikimyaВ» İB-də enercidaşıyıcılar necə idarə olunur, onlara münasibət necədir?

- Təqdirəlayiq haldır ki, son beş ildə Etilen-polietilen zavodunun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işlərinin nəticəsi olaraq istehsalatların elektrik enerjisi ilə fasiləsiz və etibarlı şəkildə təchizatına imkan yaranmış, elektrik enerjisi, buxar və qazın itkisinin qarşısının alınması ilə xeyli həcmВ­də kimyəvi məhВ­sula, həmçinin enerjidaşıyıcılara - elektrik və istilik enerВ­jisinə, suya və qaza qənaət edilmiş, istehsal olunan əmtəəlik məhsulda enercidaşıyıcıların xüsusi çəkisi əhəmiyyətli dərəcədə azalmış, bu da məhsul çıxımının artmasına və onun maya dəyərinin minimuma enməsinə səbəb olmuşdur.

- İstehsal olunan məhsulların istər daxili, istərsə də xarici bazara çıxarılmasında həm keyfiyyət, həm də tələbat baxımından bir problem yoxdur ki?

- Onu deyim ki, Etilen-polietilen zavodunda məhsul çıВ­xımını artırmaq və keyfiyyət göstəricilərini daha da yaxşılaşdırmaq məqВ­sədilə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yan məhsulları olan quru qazların В«EP-300В» komВ­pleksinə nəqli üçün xüsusi boru xəttinin çəkilməsi sayəsində hazırda istehВ­В­salatın xamВ­mal tələbatının 50 faizə qədəri müxtəlif qaz fraksiyaları vasitəsilə təmin olunur. Bu isə əvvəllər qiymətli xammal olaraq texnoloji prosesə verilən ilkin emal benzininə xeyli qənaət edilməsi ilə yanaşı, Etilen-polietilen zavodunun istehВ­salat göstəriВ­cilərinin kifayət qədər yaxşıВ­laşВ­masında, ixrac məhsullarının keyfiyyətinin və həcminin artВ­masında mühüm rol oynaВ­mış, respubliВ­kadaxili və xarici ölkə istehlakçılarıВ­nın tələВ­baВ­tının artdığı yüksək təzyiqli polietilen, propilen, texniki və mütləqləşdirilmiş izopropil spirtınin, müxtəlif kimyəvi fraksiyaların istehsalı ötən illərin göstəriВ­ciləri ilə müqayiВ­sədə kifayət qəВ­dər genişВ­lənmişdir.
- Məhsulun xarici bazara çıxarılmasında nəqliyyat və ya müştəri sarıdan sıxıntı hiss etmirsiniz ki?

- Xeyir, elə bir sıxıntımız yoxdur. Çünki 2010-cu ildən başlayaraq TürkiyəВ­nin "Petkim Petrokimya Holding" şirВ­kəti ilə səmərəli əməkВ­daşВ­lıq və inteqrasiya əlaqələri qurulmasının real nəticəВ­si olaraq Birliyin istehsal etdiyi kimВ­yəvi məhsulların xarici bazarВ­larda, xüsusilə də Avropa ölkəВ­lərində satış şəbəkəsi getdikcə genişВ­lənВ­В­məkВ­dədir. Bu məqВ­səВ­dlə diversifikaВ­siya prinsipi əsas götürüВ­ləВ­rək, son dövrlərdə kimya məhsullarımızın dünВ­ya bazarına ixraВ­cının əsas istiqamətВ­lərindən biri kimi Gürcüstanın KuВ­levi terminalından, BatuВ­mi və Poti limanВ­larından istifadə edilir. 2012-ci ildən etibarən məhВ­sullarımızın dünya bazaВ­rıВ­na ixracının optimallaşdırılması məqsədilə proВ­piВ­len və butilen-butadien fraksiyasıВ­nın (BBF) AzərbayВ­canВ­dan yola salınan dəmir yol çənlərindən Kulevi limanında birbaşa tankerlərə yüklənilməsi layihəsi həВ­yata keçirilir. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu da yaxın gələcəkdə Birliyimizin neft-kimya məhsullarının Türkiyəyə, oradan da Avropa və dünya bazarına çıxarılmasında mühüm rol oynayacaqdır.

- Sizcə yaxın illərdə də bu tempi qoruyub saxlamaq mümkün olacaqmı?
- SOCAR-ın hərtərəfli dəstəyi ilə В«AzərikimyaВ» İstehsalat Birliyində bu gün də davam etdirilən modernləşmə işləri onu deməyə əsas verir ki, kimyaçılar yaxın gələcəkdə də bu tempi qoruyub saxlayacaq, hətta iqtisadi göstəricilərdə müəyyən irəliləyişlərə də nail olunacaqdır.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı:

Rafiq Oday,
Əməkdar jurnalist


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: