Robert Prosineçki: "Komanda oyuna ciddi hazırlaşıb"

13-10-2015, 13:00
626

http://s017.radikal.ru/i423/1510/59/c1f5b48dde68.jpg


"Komanda oyuna ciddi hazırlaşıb. Yaxşı nəticə qazanmaq istəyirik"

Komanda oyuna ciddi hazırlaşıb. Yaxşı nəticə qazanmaq istəyirik.

Bu sözləri futbol üzrə "Avro-2016"nın seçmə mərhələsində səfərdə Bolqarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki mətbuat konfransında deyib.

Xorvatiyalı baş məşqçi bildirib ki, rəqibin sürətli oyunçuları var. Onları yaxşı təhlil etmişik. Bolqarıstan millisinin Xorvatiya yığması ilə oyununu izləmişəm. Yaxşı oynamaq və sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.

Qeyd edək ki, Bolqarıstan–Azərbaycan oyunu oktyabrın 13-də Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək və matçı macarıstanlı baş hakim Tamaş Boqnar idarə edəcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: