Almaniya şirkəti Azərbaycan Xarici İşlər Nazirliyinə üzrxahlıq məktubu göndərib

16-10-2015, 19:20
1 087

http://s008.radikal.ru/i304/1510/a0/0a7385fd8c20.jpg


Almaniyanın tibb və sənaye sahəsində avadanlıq və digər məhsulların istehsalı və satışı ilə məşğul olan "Karl Storz" şirkətinin məsul nümayəndəsi Stefan Dubnak rəsmi məktubla Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, o, təmsil etdiyi şirkətin adının "Ermənistanın işğal etdiyi Azərbaycan Respublikası ərazilərində iqtisadi və digər qanunsuz fəaliyyət növü ilə məşğul olan xarici dövlətlərin fiziki və hüquqi şəxslər, təşkilat və qurumlarının siyahısı" və həmin şirkətin Ermənistan və Gürcüstan üzrə meneceri Merab Mqaloblişvilinin adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.
S.Dubnak M.Mqaloblişvilinin sözügedən ərazilərə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən icazə alınmadan səfər etdiyinə görə üzrxahlıq edib. O, həmçinin məktubunda BMT Təhlükəsizlik Ећurasının qəbul etdiyi məlum qətnamələrə toxunaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edib və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını pisləyib.
S.Dubnak təmsil etdiyi şirkətin qanunsuz fəaliyyətə cəlb olunmasına və şirkət nümayəndəsinin qeyri-qanuni səfərinə dair peşmançılığını vurğulayaraq həmin ərazilərdə bütün fəaliyyətin dayandırıldığını bildirib və gələcəkdə bu kimi qanun pozuntusuna heç bir halda yol verilməyəcəyinə dair öhdəlik götürüb.
Əlavə olaraq, M.Mqaloblişvili də Azərbaycan tərəfinin tələblərinə uyğun rəsmi məktub ünvanlayıb.
"Karl Storz" şirkətinin və M.Mqaloblişvilinin müraciəti nəzərdən keçirilib, şirkət və onun nümayəndəsinin adlarının müvafiq siyahılardan çıxarılması barədə qərar qəbul edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: