Dövlət müşaviri Dövlət İdarəçilik Akademiyasında mühazirə oxuyub

16-10-2015, 20:00
1 112

http://s018.radikal.ru/i513/1510/fd/4ac892274f95.jpg


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği məqsədilə təşkil etdiyi silsilə tədbirlərdən növbətisi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbə kollektivi, ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyət mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevi, qonaqları və digər tədbir iştirakçılarını salamlayıb.
Sonra akademik Kamal Abdullayev tədbir iştirakçıları qarşısında "Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda məruzə ilə çıxış edib.
Dövlət müşaviri Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyətinin ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən, ölkədə mövcud milli, dini icmalara bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan mütərəqqi addımlardan, bu sahədə xüsusən Heydər Əliyev Fondunun gərgin fəaliyyətindən bəhs edib. Kamal Abdullayev ölkəmizdə yaşayan azsaylı xalqlar, müxtəlif dinləri təmsil edən insanlar arasında münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi və bu işə nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını dövlətin bu sahəyə diqqət və qayğısı kimi dəyərləndirib. O, həmçinin Xidmətin və Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr, xüsusən "Azərbaycan multikulturalizmi" adlı fənnin xarici ölkə universitetlərində tədrisi ilə bağlı geniş məlumat verib.
Azərbaycanın digər sahələrdə olduğu kimi, multikultural təhlükəsizliyinin təmin olunması işində də etnik, dini müxtəlifliyindən asılı olmayaraq, hər bir vətəndaşımızın bərabər məsuliyyət daşıdığını diqqətə çatdıran Kamal Abdullayev dövlətçiliyimizə, milli birliyimizə xidmət edən bu yolda hər kəsə uğurlar arzulayıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: