Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Heydər Əliyev Mərkəzində olub

17-10-2015, 03:00
768

http://s001.radikal.ru/i195/1510/7e/ee9695f879a4.jpg


Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, Rusiyanın əməkdar hüquqşünası, professor Aleksandr Bastrıkin Azərbaycana səfəri çərçivəsində oktyabrın 16-da Heydər Əliyev Mərkəzində olub.
Aleksandr Bastrıkinə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Qeyd olunub ki, dünya şöhrətli memar Zahi Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına daxil edilib.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqda xüsusi maraq doğurub. Məlumat verilib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin "Fotoşəkillərdə əks olunmuş həyat", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçilik, irs, nailiyyətlər" adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Aleksandr Bastrıkin Mərkəzdə "Azərbaycan inciləri: tarixin axarında" sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilir.
Sərgidə Azərbaycanın qədim çalğı alətləri orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər. "Mini Azərbaycan" sərgisi isə Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Mərkəzin xatirə kitabında ürək sözlərini yazıb.
Qonağa xatirə hədiyyəsi təqdim edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: