РђzərbР°ycР°n əhalisinin sayı 9 milyon 666 min nəfərə çatıb

17-10-2015, 04:00
680

http://s017.radikal.ru/i440/1510/1b/282ef4eb18d7.jpg


Bu ilin sentyabr ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 9 milyon 666 min nəfərə çatıb və ilin əvvəlindən 73 min nəfər (0,8 faiz) artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Onların 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Son illər ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir. Cari ilin yanvar-avqust aylarında doğulanların sayı ölənlərin sayından 71,8 min nəfər çox olub. Ötən 8 ayda ölkədə 109 min, yaxud hər gün orta hesabla 449 körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir. Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,2 uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayında 37,2 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb. Həmin dövrdə qeydiyyat şöbələri tərəfindən 43,9 min nikah və 8,6 min boşanma halları qeydə alınıb. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4-dən 1,3-ə qədər azalıb.
Cari ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,8 min nəfər gələn və 0,7 min nəfər ölkədən gedən qeydə alınıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: