Futbol üzrə növbəti Avrokubok yarışlarının final oyunlarının keçiriləcəyi stadionlar məlum olub

17-10-2015, 04:30
700

http://s019.radikal.ru/i636/1510/7c/d220a6e883af.jpg


UEFA-nın İcraiyyə Komitəsinin Nyonda keçirilən iclasında 2016-2017-ci il mövsümünün avrokuboklarının final oyunlarının keçiriləcəyi stadionların adları açıqlanıb.
Çempionlar Liqası yarışlarının finalı Uelsin paytaxtı Kardiffdə 74,5 min tamaşaçı tutumuna malik "Millenium" stadionunda keçiriləcək.
Avropa Liqası yarışlarının qalibi isə Stokholmdakı 50 min yerlik "Friends Arena"da müəyyənləşəcək.
Qitə superkubokunun qalibini müəyyənləşdirən qarşılaşma isə Makedoniyanın paytaxtı Skopyedəki 36 min 400 nəfərlik "II Filip" stadionunda təşkil olunacaq.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: