Sərbəst güləşçilərimiz Dağıstanda üç medal qazanıblar

19-10-2015, 16:30
649

http://s019.radikal.ru/i615/1510/95/4639dbdb02ad.jpg


Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca yeddinci "Qitələrarası Kubok" beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 2 bürünc medala sahib olublar.
Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Roman Bəkirov (97 kq) finaladək inamla irəliləyib. İlk görüşdə Rusiyadan Tamerlan Rasuevi, ardınca Məhəmmədrəsul Qazıməhəmmədovu, yarımfinalda ABЕћ təmsilçisi Dastin Kilqoru tam üstünlüklə məğlub edən güləşçimiz finalda rusiyalı Axmed Bataevə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Aslanbek Alborov isə ilk görüşdə ABЕћ-dan olan Vinn Mixalak, ardınca Qazaxıstan təmsilçisi Mamed İbrahimov, rusiyalı Zaynula Kurbanov üzərində qələbələr qazanıb. Ancaq yarımfinalda Rusiyanın digər təmsilçisi Axmed Bataevə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Yerli idmançı Azret Ећoqenovu üstələyən Aslanbek Alborov turnirin bürünc medalına sahib olub.
Güləşçimiz Hacımurad Məhəmmədsəidov (86 kq) ilk görüşdə qazaxıstanlı Nurali Baymuratovu tam üstünlüklə məğlub etsə də, növbəti görüşdə Rusiya təmsilçisi Zəlimxan Minkailova uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Qazaxıstanlı Kanat Berdıev və Azamat Dauletbekovu üstələyən güləşçimiz bürünc medal uğrunda görüşdə Polşa təmsilçisi Sebastian Jezirjanskini də məğlub edərək turniri üçüncü pillədə başa vurub.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: