Təhsil Nazirliyinin yeni studiyası təqdim olundu

19-10-2015, 18:45
670

http://s019.radikal.ru/i624/1510/1b/92025a00c3b6.jpg


Bu gün Bakıdakı 202 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin yeni yaradılmış studiyasının təqdimatı olub.

Təqdimat mərasimində Təhsil Nazirliyinin informasiya şöbəsi müdirinin müavini, KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov studiyanın məqsəd və fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, onlayn"Təhsil" televiziyasının verilişləri bu studiyada hazırlanır.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"na uyğun olaraq yaradılmış "Təhsil" televiziyası uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsinə və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunmasına xidmət edir. Hazırda "Təhsil" televiziyasının verilişləri Təhsil Nazirliyinin saytında, rəsmi facebook səhifəsində, youtube kanalında yerləşdirilir.

Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında intellektual oyunların hazırlanmasının mühüm istiqamətlərdən biri kimi göstərildiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, məktəblilər üçün "Brainiest" intellektual oyunu çərçivəsində AzTV-də yayımlanacaq "Əlaçı" verilişi də məhz bu məqsədlərə xidmət edir. Verilişin əsas tərəfdaşı Təhsil Nazirliyidir. Verilişdə ölkəmizin müxtəlif bölgələrində olan məktəblilər iştirak edəcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: