Sumqayıt kimya sənayesi: doğrulan ümidlər və yeni hədəflər

20-10-2015, 09:30
846

http://s020.radikal.ru/i718/1510/9f/e1696e4e352c.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 aprel 2010-ci il tarixli "Neft-kimya sənayesinВ­də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı əsasında "Azərikimya" Dövlət Ећirkəti SOCAR-ın tabeliyinə verildikdən, "Azərikimya" İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması olmuşdu. Ötən müddətdə bu istiqamətlərdə ciddi irəliləyişə nail olunmuşdur. İlk dəfə etilen istehsalatının layihə gücü səviyВ­yəsində işləməsi təmin edilmiş, məhsulların çıxım səviyyəsi yüksəldilmiş, xammala qənaət olunmuş, balans itkiləri minimuma endirilmiş, beləliklə məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılmışdır.
Doğrulan ümidlər
- В«AzərikimyaВ»nın SOCAR-ın tərkibində daha sürətlə təВ­rəqqi edəcəyini nəzərdə tutan iqtisadi proqnozlar, demək olar ki, özünü doğrultВ­maqВ­dadır. Belə ki, ötən beş il ərzində SOCAR-ın dəstəyi sayəВ­sində В«AzərikimyaВ»nın texniki bazasının gücВ­ləndirilməsi, Etilen-polietilen zavodunda məhВ­sul istehsalının artıВ­mına, xammal və yarımfabrikat məhsulların itkisinin qarşısının alınВ­masına yönəldilmiş yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, bu işlərin ən ciddi reqlaВ­mentlər əsaВ­sında aparılması, kimyaçıların əməyiВ­nin layiqincə qiyВ­mətВ­ləndiriВ­ləВ­rək əməkhaqqılarının artırılması, iş və məişət şəraitinin yaxşılaşВ­dırılВ­ması və s. tədbirlər В«AzərikimyaВ» İB-də həm istehsalat, həm də insan amili baxımınВ­dan yeni bir canlanmaya və yüksəlişə səbəb olВ­muşВ­dur.
Bütün bunların da real nəticəsi olaraq respubliВ­kadaxili və xarici ölkə istehlakçılarıВ­nın tələВ­baВ­tının artdığı yüksək təzyiqli polietilen, propilen, texniki və mütləqləşdirilmiş izopropil spirtınin, müxtəlif kimyəvi fraksiyaların istehsal göstəriВ­ciləri kifayət qəВ­dər genişВ­lənmişdir. Texnoloji qurğu və xətlərin əsaslı təmiri, rekonstruksiyası, yenilənВ­məsi ilə xamВ­В­mal və hazır məhsul itkilərinin qarşıВ­sının əhəmiyyətli dərəcədə alınmaВ­sına nail olunВ­muş, xeyli həcmВ­də kimyəvi məhВ­sula, həmçinin enerjidaşıyıcılara - elektrik və istilik enerВ­jisinə, suya və qaza qənaət edilmişdir.
"Azərikimya" İstehsalat Birliyində zəhərli və zərərli, müvafiq standartlara cavab verВ­məВ­yən, şəhərin ekoloВ­giyasına mənfi təsir göstərən bütün istehsalatlar – SAM, Sintetik kauçuçk, Üzvi sintez zavodları ləğv edilmiş, səmərəli işləyə bilən istehВ­salat sahələri isə yenidən qurulmuşdur.
Etilen-polietilen zavodunda yeni Azot-oksigen kompleksi və Susoyutma qurğusu tikilib istifadəyə verilmişdir.
Azot-oksigen kompleksi
- Azot-oksigen kompleksi zavodun azot və oksigenə, Təmir-tikinti İdarəsinin isə oksigenə olan tələbatını tam həcmdə və yüksək keyfiyyətlə ödəməyə imkan vermişdir. Ötən qısa müddət ərzində layihə gücündə və ahəngdar işləyən yeni kompleksdə azot və oksigen istehsalı üçün elektrik enerjisi sərfi nəzərdə tutulduğu kimi, əvvəlki qurğuda olduğundan 5 dəfə az olmuşdur. Bu, ilk növbədə 1987-ci ildən - 25 ildən də artıq bir müddətdə istifadədə olВ­muş köhnə qurğunun yüksək enerji sərfiyyatına malik elektrik mühərriklərinin, nasos və kompressorların əvəzində yeni Azot-oksigen komplekВ­sində həmin elektrik avadanlıqlarının daha çox qənaət rejimində işləyən, minimum enerji sərfiyyatına malik müasir avadanlıqların və innovativ texnologiyaların tətbiqi sayəsində mümkün olmuşdur. Yeni kompleksin bütün sistemləri - havatəmizləmə bölməsi, havaayırma bloku, yüksək təzyiqli azot-kompressoru, həmçinin istehsal olunmuş azot və oksigenin toplandığı bölmələr avtomatik idarəetmə sistemləri ilə təmin olunmuşdur. Bütünlükdə isə ekoloji təmizliyi ilə də seçilən yeni kompleksin işə salınması sayəsində müəssisə üzrə xeyli miqdarda vəsaitə qənaət edilməsinə nail olunmuşdur.
SusoyutВ­ma qurğusu
- Azot-oksigen komplekВ­si ilə paralel olaraq Etilen-polietilen zavodunda innovativ texnoВ­logiyalar əsasında yaradılmış müasir tipli SusoyutВ­ma qurğusunun istifadəyə verilməВ­siВ­ də EP-300 kompleksinin ahəngdar işini təmin etmiş, iqtisadi cəhətdən ilkin proqnozları doğВ­rultВ­В­muşdur. Belə ki, əvvəlki qurğudan fərqli olaraq hər 1000 m3 suyun soyudulması prosesi zamanı bir saat ərzində 80-100 kvt, bir ay ərzində isə 1500 mqvt-a qədər az elektrik enerВ­jisi sərf edilmişdir ki, bu da il ərzində xeyli miqdarda vəsaitə qənaət olunması deməkdir. Bir saat müddətində suyun sərfi də əvvəlki qurğuya nisbətən 130 m3az olmuşdur. Qapalı sistemdə işləyən yeni qurğunun işində daha bir mühüm məqam suyun dövr etdiyi sistemə daha güclü, yeni ingibitorun verilməsidir ki, bu da boru xətlərində, istilikdəyişdiricilərdə, nasos və kompressorlarda baş verə biləcək tutulmaların qarşısını kəskinliklə alır. Bu isə onlarda tıxaclar yaranması üzündən mümkün ola biləcək məcburi dayanmaları, istehsalat qəzalarını və onların aradan qaldırılmasına çəkiləcək təmir xərclərini tamamilə istisna edir. Başlıcası odur ki, yeni qurğunun istifadəyə verilməsi ilə müəsВ­sisənin EP-300 komВ­pleksinin stabil, etibarlı fəaliyyəti təmin edilmişdir.
Mütləqləşdirilmiş izopropil spirti sahəsi
- "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istismara verilmiş yeni qurğulardan biri də Mütləqləşdirilmiş izopropil spirti sahəsidir. Fəaliyyəti tamamilə dayandırılmış sahədə demək olar, bütün qurğu və avadanlıqlar yenidən qurulmuş, yeni operator binası tikilmişdir. Bundan başqa sahənin hazır məhsulun saxlanılması və yüklənməsi şöbəsində 600 kubmetr həcmlik tutumların bütün əlaqə xətləri yeniləri ilə əvəz olunmuş, yeni nasos stansiyası inşa edilmiş, doldurma və boşaltma estakadası quraşdırılmış, sahənin daxili ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Görülmüş işlər kimyaçıların əmək şəraitinin yaxşılaşması ilə yanaşı, 2 ədəd kalonun və 10 ədəd nasosun istismardan çıxarılması sayəsində xeyli miqdarda enerjidaşıyıcılarına qənaət olunmasına zəmin yaratmışdır
Propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi qurğusu
- Propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi məqsədini daşıyan və layihəsi "Azərikimya" İB-nin Xüsusi konstruktor bürosu tərəfindən hazırlanan yeni qurğunun tikintisi Birliyin Təmir-tikinti İdarəsi tərəfindən həyata keçirilmişdir. Layihə gücü 10 t/saat olan qurğunun istismara verilməsi nəticəsində propan-propilen fraksiyası birbaşa sobaya deyil, qələvi ilə təmizləndikdən sonra qazayırma bölməsinə ötürüləcəkdir ki, bunun da nəticəsində məqsədli məhsul olan propilenin digər məhsullara çevrilməsinin qarşısı alınacaq, bununla da xeyli miqdarda qələviyə qənaət ediləcəkdir. Həmçinin 1 ədəd piroliz sobasını istismardan çıxaВ­rmaqla, istismar xərci aşağı salınacaq, bununla da texnoloji avadanlıqların təmirlərarası işləmə müdВ­dətinin artması təmin ediləcəkdir.
Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğusu
- Bu qurğunun da layihəsi "Azərikimya" İB-nin Xüsusi konstruktor bürosu tərəfindən hazırlanmış, tikintisi isə Birliyin Təmir-tikinti İdarəsi tərəfindən həyata keçirilmişdir. Layihə gücü ilkin mərhələdə 120 min t/il, sonrakı mərhələlərdə isə 250 min t/il olması nəzərdə tutulmuş yeni qurğu ilə bağlı mütəxəssislər onu bildirir ki, Etilen istehsalatında xam benzinin pirolizi qurğusundan yan məhsul kimi alınan butan-butilen fraksiyasının tərkibi kütlə etibarilə 45% divinil, 7-10% butanlar, qalan hissəsi isə butenlərdən ibarətdir. Divinil fraksiyasını piroliz sobalarına verdikdə konveksiya zonasında təmizlənməsi çox çətin olan çöküntülər yaradır. Bunun üçün də piroliz prosesindən əvvəl butan-butilen fraksiyasının hidrogenləşməsi aparılır ki, nəticə etibarilə proliz prosesində alınan məhsulların yüksək faizli çıxımına nail olunur.
İstehsalat tullantı sularının təmizlənməsi qurğusu
- Diqqətçəkən layihələrdən biri də gündəlik gücü 2600 m3olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. Bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya istifadə olunmasıdır. Qurğunun 2016-cı il ərzində tikilib istismara verilməsi nəzərdə tutulmuşdur.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin
Sumqayıt Təlim-Tədris Mərkəzi
- "Azərikimya" İB-də ixtisaslı gənc fəhlə kadrların hazırlanması da diqqət mərkəzindədir. Yüksək peşəkarВ­lığa və texniki biliyə malik kadrВ­ların yetişdirilməsi, onların peşə və ixtisasВ­larını təkmilləşВ­dirməsi məqsədilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən 2012-ci ildə Sumqayıtda ilk dəfə olaraq müВ­asir tipli, geniş korpusa malik Təlim-Tədris Mərkəzi yaraВ­dılmışdır. Bu Mərkəzin zəngin texniki-istehsalat bazası burada yüzlərlə ixtisaslı, baВ­caВ­rıqlı gənc fəhlə kadrların - aparatçı, təmirçi-çilingər, tornaçı, frezerçi, elektrik-qaz qaynaqçısı, avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, kompressor qurğularının maşiВ­nisti, nasos qurğularının maşinisti, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər kimi ixtisaslı kadrların hazırВ­lanВ­maВ­sına, həmВ­çinin bu gün istehsalatda çalıВ­şan kimyaçılaВ­rın öz ixtisas və peşəВ­karlıq səviyyələrini artıraraq müvafiq sertifikatlar əldə etmələrinə imВ­kan vermişВ­dir. Bunun üçün Mərkəzdə hər cür əyaВ­ni vasiВ­tələr, müasir avadanlıq, dəzgah və alətlərlə təchiz edilmiş ixtisaslaşmış tədris otaqВ­ları yaradılmışdır. Təlim-Tədris Mərkəzini bitirmiş 200 nəfərə yaxın ixtisaslı fəhlə artıq "Azərikimya" İB-nin müəsВ­sisələrində işlə təmin olunaraq kimyaçılar ailəsinin bərabərhüquqlu üzvü kimi uğurla çalışırlar.
Sosial layihələr
- В«AzərikimВ­yaВ» İB SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra çətin və mürəkkəb peşə adamları olan kimyaçılarımızın iş və məişət şəraitinin yaxşılaşdırılması, istehsalatda onların əməВ­yiВ­nin və sağlamlığının mühaВ­fizəsi, təhlükəsizliklərinin təmin edilməsi sahəsində də ciddi dəyişikliklərə, müsbət dönüşə nail olunmuşdur. İşçilərin əmək və məişət şəraitinin müasir tələblərə uyğyn olması üçün Etilen-polietilen zavodu, onun Etilen istehsalatı və Məhsulun qəbulu, saxlanılması və hazır məhsulun buraxılması sahəsi, həmçinin Təmir-tikinti İdarəsi üçün inzibati bina müasir tələblər səviyyəsində yenidən qurulması, geniş və işıqlı yeməkxanalar, əməkçilərin iş yerlərinə çatdırılması üçün xüsusi olaraq müaВ­sir, komfortlu avtobusların ayrılması və s. kimyaçılarımıza göstərilən diqqət və qayğının real nəticəsidir. Yeni inzibati və məişət binaları tikilib istifadəyə verilməklə əməkcilərin sosial-məişət şəraitində müsВ­bət dönüş yaradılmışdır. Kimyaçıların iş və əmək şəraiti xeyli yaxşılaşmış, əmək haqları son beş ildə 3 dədə artırılmış, bütün işçilərlə əmək müqaviləsi imzalanmış, tibbi sığorta və fərdi mühafizə vasitələri ilə 100 faiz təmin olunmuşdur. Nəticə etibarilə bir neçə onilliklərlə müqayisədə insanların sosial-rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşmış, ətraf mühitin çirklənmə dərəcəsi xeyli azalmış, SumqaВ­yıtın hamını narahat edən ekoloji vəziyyətində ciddi dönüşə nail olunmuşdur.
Tibbi xidmət
- ARDNЕћ tərəfindən müasir tibbi-səhiyyə avadanlıqları ilə təmin edilmiş, bütün tibb kabinələri mövcud standartlar səviyyəsində qurulmuş В«KimyaçıВ» polikВ­linikasının, həmçinin əməkçilərə operativ və yüksək səviyyədə tibbi xidmət göstərВ­mək imkanına malik ən son avadanlıqlarla təchiz edilmiş təcili tibbi yardım maşını və digər vasiВ­təВ­lərlə gecə-gündüz kimyaçıların sağlamlığı keşiyində dayanan Təcili tibbi yarВ­dım mərВ­kəВ­zinin istifadəyə verilməsi В«AzərikimyaВ» kollektivinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O da diqqətəВ­laВ­yiqdir ki, poliklinikanın müasir standartВ­lara uyğun olaraq tibВ­bi avadanlıqlarla təmin edilməsi burada artıq onlarla göz və burun-boğaz cərraВ­hiyВ­yəsi üzrə mürəkkəb əməliyВ­yatların uğurla yerinə yetirilməsinə imkan yaratmışdır.
Tibbi sığorta
- ARDNЕћ-in tibbi sığorta və Birliyin sosial proqramı çərçivəsində hər bir kimyaçının sığortaВ­lanaraq, tibbi sığorta kartları ilə təmin olunması da onların sağlamlıqlarının qorunВ­ması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, sığorta müqaviləsi və kartları üzrə kimyaçılarımız respublikamızın 40-a yaxın müxtəlif ixtisaslaşВ­dırılВ­mış klinikalarında, o cümlədən SumВ­qayıtın dörd sağlamlıq ocağında istənilən vaxt pulsuz, heç bir məhdudiyyət olmadan müalicə olunmaq imkanına malikdirlər.
"Sumqayıt" Peşəkar Futbol Klubu və müasir stadion
- Kimyaçıların mədəni istirahətinin təşkilini də ilk gündən əsas vəzifələrdən biri kimi qarşıya qoyan В«AzəriВ­kimyaВ» İB bu istiqamətdə hər il ardıcıl və məqsədВ­yönlü tədbirlər həyata keçirir.
Ећəhərin peşəkar futbol klubu olan "Sumqayıt" komandasının yaradılması, dünya standartlarına cavab verən, müasir qurğu və avadanlıqlarla təchiz edilən stadionun tikilib istifadəyə verilməsi sumqayıtlı futbolsevərlərə ən gözəl hədiyyə olmuşdur.
Görülmüş işlər sırasına kimyaçılar və şəhər sakinləri arasında idmanın kütləviliyini artırmaq, yetişməkdə olan nəslin sağlam və gümВ­rah böyüməsinı təmin etmək məqsədilə bir neçə mini futbol, basketbol, voleybol və digər idman meydançaВ­larıВ­nın yaradılması, Birlik və şəhər üzrə idman-sağlamlıq yarışlarıВ­nın, sparВ­takiadaların keçirilməsi, mədəniyyət və incəsənət kollektivВ­ləri ilə görüşlərin, teatr tamaВ­şalarına kolВ­lekВ­tiv baxışın, bayram şənliklərinin, kitab bayramlarının təşkili və s. daxildir.
Yeni hədəflər
- "Azərikimya" İB-nin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsinə və EP-300 istehsalatının effektivliyinin artırılmasına yönəldilmişdir.
Bu layihələr 3 mərhələdə həyata keçiriləcəkdir.
Birinci mərhələdə propilenin məhsuldarlığının artırılması – propilenin ayrılması bölməsinin məhsuldarlığının 136 min ton/il-dən 180 min ton/il-ə yüksəlməsi, hidrogenin zənginləşdirilməsi qurğusunun tikintisi (PSA) ilə hidrogenin qatılığının 90 %-dən 99.9 %-ə artırılması, propilenin və etilenin təmizlənməsi qurğusunun tikintisi ilə istehsal olunan propilenin və etilenin tərkibində olan zəhərli maddələrdən (arsen, civə, fosfin, və s.) təmizlənməsi, EP-300 istehsalatında pnevmatik idarəetmə sisteminin yeni sistemlə əvəz olunması nəzərdə tutulur. Bu mərhələdə məqsəd PP və HDPE qurğularını yüksək keyfiyyətli və tələb olunan miqdarda xammalla təmin etməkdir.
İkinci mərhələdə "EP-300" qurğusundakı 2 etan və 9 nafta olmaqla ümumilikdə 11 piroliz sobasının 6-da rekonstruksiya işləri aparılacaq və ya 2 yeni soba inşa ediləcək, butan-butilen fraksiyasının tam hidrogenləşdirilməsi qurğusu tikiləcək, selektiv hidrogenləşmə blokunun reaktorları yenisi ilə əvəz olunacaq, kompressorlar rekonstruksiya olunacaq və optimallaşdırılacaqdır. Bununla da piroliz sobaları qaz xammal ilə işləyəcək, itkilər minimuma endiriləcək, əsas məhsulların çıxımı artacaq, etilen və propilenin itkisi azalacaqdır.
Üçüncü mərhələdə "EP-300" istehsalatında yeni rəqəmsal idarəetmə sisteminin (DCS) tətbiqi başa çatdırılacaq, köməkçi qurğuların və infrastrukturun modernizasiyası – enerji effektivliyinin artırılması, xammal və məhsul anbarlarının genişləndirilməsi, kommunikasiya xətlərinin təkmilləşdirilməsi işləri həyata keçiriləcəkdir. Bu isə istehsalatın təhlükəsiz işini təmin edəcək, enerji və xammala qənaet etməyə imkan yaradacaqdır.
- KimВ­ya Sənaye Parkı
- Sumqayıtı Azərbaycanın yeni texnoloВ­giyalar əsasında inkişaf etmiş güclü bir sənaye mərkəzinə, neft-kimya şəhərinə çeВ­virВ­məyi strateji bir məqsəd kimi qarşıya qoymuş ölkə başçısı İlham Əliyev cənabları bu istiqaВ­mətdə mühüm, perspektivli layihələrin, tədbirlərin həyata keçirilməsi üçün dövlət dəstəВ­yini gücВ­lənВ­dirməkdə davam edir. Buna əyani sübut olaraq ölkə başçısının Azərbaycan kimya sənaВ­yesinin inkişaf strategiyası proqramına uyğun olaraq Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə KimВ­ya Sənaye Parkının yaradılmasıdır. Mütərəqqi texnologiyalar əsasında nümunəvi bir emal şəhərciyi kimi inşa edilən komВ­pleksin yaradılmasında əsas məqsəd sənaВ­yenin özəl sektorunun, kiçik və orВ­ta biznesin inkiВ­şaВ­fına, nəticə etibarilə isə respublikamızda müasir texnologiyalar əsasında rəqaВ­bət qabiliyВ­yətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilВ­məВ­sinə nail olmaqВ­dır. Parkın ərazisində ilk sərmayəçi olan "Azərtexnolayn" Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu kimi müasir istehsal müəssisəВ­lərinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirmək baxıВ­mından əhəmiyyətlidir. Alternativ və Bərpa olunan enerjinin alınması məqsədilə tələb olunan qurğu və avadanlıqlar istehsal edəcək "Azgüntex" zavodunun tikintisi də bu baxımdan xüsusi önəm daşıyır. Zavodda artıq iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərir.
SOCAR POLYMER
"SOCAR Polymer" MMC-yə isə 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir. Artıq Polipropilen qurğusunun tikintisinə başlanmışdır və 2018-ci ilin 1-ci rübündə istismara verilməsi nəzərdə tutulur. Bu qurğuda ildə180 minton polipropilen məhsulu istehsal edəcəkdir.
Eyni zamanda yüksək sıxlıqlı polietilen - HDPE qurğusunun tikintisi üçün də mühəndis axtarış işləri aparılır. İstehsal gücü – 120 min ton/il olan bu qurğu da 2018-ci ildə istismara veriləcəkdir.
- Karbamid zavodu
- Möhtərəm Prezidentimiz İlham Əliyevin neft-qaz-kimya sənayesinin davamlı inkişafı üzrə başlanılВ­mış geniş planlı işlərin tərkib hissəsi olaraq Sumqayıtda yüksək perspektivli daha bir sənaВ­ye obyektinin - ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilВ­məВ­sinВ­də mühüm rola malik olacaq Karbamid (Azot gübrəsi) zavodunun yaraВ­dılması təşəbВ­büВ­sünü irəli sürməsi və həmin müəssisənin təməlqoyma məraВ­simində iştirakı və sumqayıtlılara müraciətlə söylənilmiş çıxışı ilə bu gənclik şəhərinə, onun əmək adamlarına, o cümlədən kimyaçılara yüksək dəyər və əhəВ­miyyət verdiyini bir daha sübut etmişdir. Respublikamız üçün xüsusi əhəmiyyət daşıyan Azot gübrəsi - Karbamid zavodunun layihəsi "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, 13 mart 2013-cü il tarixində ARDNЕћ və Cənubi Koreyanın Samsung Engineering Co. Ltd. şirkəti arasında imzalanmış Mühəndislik, Satınalma və Tikinti üzrə Müqaviləyə əsasən həyata keçirilməkВ­dədir. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid təşkil edəcək müəssisənin tikintisinin 2017-cı ildə başa çatdırılması planlaşdırılır.
Yubiley tədbiri
- Ötən 70 il ərzində fəaliyyət göstərmiş kimya müəəssisələrin əksəВ­riyyəti artıq tarixə qovuşsa da, bu müəssisələr əsas etibarilə Sumqayıt şəhərində yerləşВ­diyindən və Azərbaycan kimya sənayesininin şanlı salnaməsini yaratmış minlərlə insan bu şəhərdə yaşadığından Azərbaycan kimya sənayesinin varisi olan "Azərikimya" İstehsalat Birliyi kimyaçıların 70 illik yubiley tədbirini keçirməyi, bu sahədə əməyi və zəhməti olan insanları bir araya gətirərək, onları təbrik etməyi özünün mənəvi və varislik borcu sayaraq, SOCAR rəhbərliyinin maddi və mənəvi dəstəyi ilə iki ayı əhatə edən bir dövr ərzində silsilə tədbirlər keçirmiş, bir sıra kütləvi informasiya vasitələrində - qəzet və saytlarda xüsusi rubrika açılmış, kimya sənayesinin tarixi, tanınmış və görkəmli kimyaçılara həsr olunan bir-birindən maraqlı materiallar dərc olunmuşdur. Həmçinin Birliyik müəssisələrinin ərazilərində, şəhər parklarında, dəniz kənarında iməcliklər və təmizlik aksiyaları, şəhərin müəssisə və təşkilatlarının iştirakı ilə bir sıra idman yarışları, spartakiadalar, bilik yarışmaları keçirilmişdir. Bayram tədbirləВ­rinin məntiqi yekunu olaraq bu gün keçiriləcək möhtəşəm yubiley tədbirində uzun illər kimya sənayesində çalışmış, səmərəli fəaliyyətləri ilə kimya sənayesini şöhrətləndirmiş insanlar müxtəlif mükafatlarla təltif olunacaqlar.
Nəticə
- Sumqayıt şəhərinin son illərdəki inkişafına diqqət yetirməklə bütövlükdə Azərbaycanın bütün bölgələrindəki inkişafa qiymət vermək olar. Biz çox sevinirik ki, Ulu öndər Heydər Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğı Möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında daha möhtəşəm şəkildə davam etdirilir. Dövlət başçımızın son iki ildə 7 dəfə, ümumilikdə isə 13 dəfə Sumqayıta səfər etməsi və bu səfərlərin çox mühüm əhəmiyyət daşıyan təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması dediklərimizin sübutudur. Sumqayıtda yeni, dünya standartlarına uyğun istehsal sahələrinin yaradılması, texnologiya və kimya sənaye parklarının inşa olunması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni və daimi iş yerlərinin açılması, əməkçilərin iş şəraitinin, sosial rifah halının yaxşılaşdırılması, əmək haqlarının artırılması, şəhərin ekologiyasının saflaşВ­dırılması, insanların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili bunu deməyə əsas verir ki, yaxın illər ərzində Sumqayıt ən gözəl şəhərlərdən birinə çevВ­riləcəkdir.

Rafiq Oday,
Əməkdar jurnalist


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: