Son dəqiqə:

Nəzakət BƏDİROVA."Vicdan, yoxsa nəfs?" (Məqalə)

21-06-2014, 06:13
1 843

Nəzakət BƏDİROVA.


Bəzi insanlar Allahdan lazımı qədər qorxmadıqlarına görə Quranı özünə rəhbər tutmur və buna görə də Allahın bildirdiyi əxlaqı tam yaşamırlar.Bu insanlar Qurana tam tabe olmaq və bu nemətdən istifadə etməkdənsə, dini öz ağılları, nəfsləri və ya din əxlaqından uzaq yaşayan cəmiyyətlərin müəyyən qaydalarına uyğun şəkildə şərh etməyə çalışırlar. Bu yolla haqq dindən uzaqlaşır, fərqli və batil din anlayışını müdafiə edirlər. "Nəfsə uyğun din" olaraq adlandıra biləcəyimiz bu din anlayışının ən mühüm xüsusiyyəti insanların nəfsani istəkləri və dünyadakı mənfəətlə zidd düşməyən inanc olmasıdır.Bu saxta inanca sahib insanlar dinin az hissəsinə inanır və tətbiq edirlər, bu hissə onların vicdanlarını rahatladır, bununla yanaşı, heç vaxt öz dünyəvi istəklərindən güzəştə getmirlər. Bu batil din anlayışı heç vaxt onların mənfəətləri ilə ziddiyyət təşkil etmir, onları maddi-mənəvi heç bir mənada çətinliyə salmır, həyatın heç bir sahəsində fədakarlıq etməyi tələb etmir. İbadətlərin bəzilərini yerinə yetirə və asanlıqla da əl çəkə bilirlər.Belə səhv anlayışlı insanların həyatında Quran əxlaqı çox az yer tutur və onlara heç bir narahatlıq vermir. Bunun nəticəsində də belə insanlar yeri gələndə nəfslərinin istəklərini narahat olmadan yerinə yetirə bilir, ədalətdən, səmimilikdən, yaxşılıqdan uzaqlaşmaqdan qorxmurlar.Bu anlayış o insanların yaşadıqları cəmiyyətdə heç kimin fikirləri ilə uyğunlaşmadan, axirəti düşünmədən, istək və əyləncələrə mane olmadan və heç bir mövzuda narahat olmadan rahat yaşamalarını təmin edir. Cəmiyyətdəki insanların iman edib Allaha qulluq etməməyi və Quran əxlaqını yaşamamağı onları maraqlandırmır. Quran əxlaqına zidd olan bu dinin müdafiəçilərinə görə, ən əsası yaxın insanların dünyagörüşləri ilə zidd düşməmək üçün lazım olan hər məsələdə güzəşt etmək olar.Nəfsə uyğun bu dinin müdafiəçiləri insanları Allahın bəyəndiyi həyatı və Quran əxlaqını yaşamağa dəvət etmək yerinə, ətraflarına da bu saxta dini təbliğ edirlər. Həm özlərini, həm də ətraflarındakı insanları bu yanlış din anlayışına inandırmağa çalışırlar. Halbuki nəfsə uyğun belə bir din anlayışının heç bir əsası yoxdur. Allah bir ayədə "de: "Siz dininizi Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!"(Hucurat surəsi, 16) bildirir. İnsan üçün hər şeyin ən doğrusunu bilən yalnız sonsuz elm sahibi olan Rəbbimizdir.Allahın razılığını qazanmaq bəzən insanın nəfsinə qarşı çıxmağı tələb edə bilər. Allah Quranda dünya həyatının insanların sınanmaları üçün yaradıldığını, buna görə də bir çox hadisələrlə imtahan olunacaqlarını bildirmişdir:
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk surəsi, 2)
İnsan dünyada qarşılaşdığı nemətlər və çətinliklər qarşısında Quran əxlaqına uyğun şəkildə davranmaqla və Allahın razılığını qazanmaqla məsuliyyət daşıyır. Allah başqa ayələrdə "insanlar yalnız: "İman gətirdik!" – deməklə imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik…" (Ənkəbut surəsi, 2-3) şəklində bildirmişdir. Belə ki, həqiqi iman Allahın sevgisini, razılığını, dostluğunu qazana bilmək üçün hər şeyi gözə almağı tələb edir. Allahın razılığını qazanmaq lazım olduqda nəfsin istəklərini məğlub etməyi, səbir göstərməyi, bəzi şeylərdə güzəştə getməyi və çətinliklərə sinə gərməyi tələb edə bilər.Allah Quran ilə bütün insanları "bir-birini yaxşılığa çağırıb pislikdən çəkindirməyi" bildirmişdir. İmanlı bir insan sırf insanlar "narahat olmasın" deyə bu məsuliyyətini yerinə yetirməkdən çəkinməz. İnsanların özlərinə və ya ətrafındakılara zərər verdiklərini, gözəl əxlaqdan, ədalətdən, düzgünlükdən uzaqlaşdıqlarını və ya pis bir iş etdiklərini gördüyü halda, "narahat etməmək üçün" buna laqeyd qalmaz.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: