Milli Məclisin IV çağırış üzrə payız sessiyasının son plenar iclası keçirilir

20-10-2015, 14:00
853

http://s019.radikal.ru/i632/1510/0b/367e0eeecd0d.jpg


Oktyabrın 20-də Milli Məclisin IV çağırış üzrə payız sessiyasının son plenar iclası keçirilir.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.
İclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinə baxılacaq.
Həmçinin deputatlar Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında məsələləri nəzərdən keçirəcəklər.
Milli Məclis Vergi, Mülki Prosessual, Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrində, "Dövlət rüsumu haqqında", "İcra haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edəcək.
İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ећtatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act ? FATCA) tələblərinin həyata keçirilməsi barədə", "Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlərin, "Azərbaycan Respublikasının Hökuməti ilə San-Marino Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.
Bundan başqa, "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Ећurası haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "İnformasiya əldə etmək haqqında", "Kütləvi informasiya vasitələri haqqında", qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxılacaq.
Deputatlar, eyni zamanda, Bakı və Gəncə Apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi məsələlərini nəzərdən keçirəcəklər.
Milli Məclis "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsini də müzakirə edəcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: