Səbail rayonunda ilin 9 ayının yekunları müzakirə olunub

20-10-2015, 23:00
631

http://s020.radikal.ru/i706/1510/5a/b072d861e0ea.jpg


Səbail rayonunda 2015-ci ilin 9 ayının yekunlarına dair hesabat yığıncağı keçirilib.
Yığıncaqda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişafın müşahidə edildiyini söyləyib. Bildirib ki, bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən tərəqqi və inkişaf siyasətinin nəticəsidir.
İcra hakimiyyəti başçısının müavini Eldar Ağayev 9 ayda rayonda görülən işlərdən danışaraq bildirib ki, hesabat dövründə rayon üzrə iri sənaye müəssisələri tərəfindən 10 milyard 393,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
Ötən doqquz ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 548.9 milyon manat olub.
Cari ilin əvvəlində Səbail rayonu ərazisində 2177 yeni iş yeri açılıb ki, bunların hamısı daimi iş yerləridir. 2015-ci ilin yanvar-avqust ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 111016 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1124.9 manat olub.
Bu dövrdə Badamdar şosesində 2,2 kilometr məsafədə yolun 3 metrədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər sona çatmaqdadır.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilib. Cari ilin 9 ayı ərzində 21 binanın üzlənməsi başa çatdırılıb.
Həmçinin dövlətimizin başçısının verdiyi tapşırıqlarla əlaqədar Səbail rayonunda yanma təhlükəsi olan materiallarla üzlənmiş 10 yaşayış binasının poleuretan və penoplast üzlük panelləri tam demontaj olunub, binaların fasadına suvaq çəkilərək müasir üslubda rənglənib.
Qeyd edilib ki, ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş "Ümumrespublika Yaşıllaşdırma" marafonu layihəsinin ikinci mərhələsi çərçivəsində rayonun müxtəlif yaşayış məntəqələrində bir neçə ağacəkmə aksiyası keçirilib. Bu zaman 7 min yeni ağac, 35 min dekorativ gül kolu, 5 min kvadratmetr sahədə qazon otu əkilib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib.
Əlavə olaraq şəhərin mərkəzində Üzeyir Hacıbəyov küçəsi, Neftçilər və Parlament prospektləri, ərazidəki park və istirahət bağlarında və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında xeyli sayda dekorativ gül kolları əkilərək gözəl kompozisiyalar yaradılıb.
Vurğulanıb ki, 2015-ci ilin 9 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 280 ailə (1064 ailə üzvü) müraciət edib, onların sənədlərinə müvafiq qaydada baxılaraq hər bir ailə üzvünə 38,05 manat olmaqla, orta hesabla hər bir ailəyə 144,62 manat sosial yardım təyin olunub.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13215 nəfər təqaüdçüyə ilin ilk 9 ayı ərzində 30.636,7 min manat təqaüd və müavinət ödənilib.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin 9 ayı ərzində 1419 iş axtaran vətəndaş müraciət edib, onların 763 nəfəri daimi işlə təmin olunub.
Bu il rayonun orta məktəblərini 1481 nəfər bitirib, onlardan 989 nəfəri tələbə adını qazanıb.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq tədbirləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: