Bu ilin doqquz ayında Lənkəranda 2044 yeni iş yeri açılıb

21-10-2015, 00:00
562

http://s020.radikal.ru/i700/1510/c5/c845d462854d.jpg


Ötən doqquz ayda Lənkəran rayonunda 1601-i daimi olmaqla, 2044 yeni iş yeri açılıb.
Oktyabrın 20-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Lənkəran Ећəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurla davam etdirilməsi sayəsində əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin ötən doqquz ayında da rayonda sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazanılıb, genişmiqyaslı tikinti-abadlıq işləri görülüb, mühüm sosial əhəmiyyətli layihələr həyata keçirilib.
Qeyd olunub ki, bu ilin doqquz ayında rayonda ümumi məhsul buraxılışı 280,9 milyon manat təşkil edib. Sənayedə 16,7 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 7,3 faiz artıb və ümumi həcmdə onun xüsusi çəkisi 66,5 faiz təşkil edib. Bu dövrdə rayonda ümumilikdə 2044 yeni iş yeri açılıb. Onlardan 1601-i daimidir.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər çərçivəsində Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi məqsədilə ayrılmış 4 milyon manat vəsaitə uyğun olaraq şəhərin 13 küçəsində, ümumilikdə 11 kilometr uzunluğunda asfaltlaşma işləri aparılıb.
Hesabat dövründə şəhərdə yerləşən 4 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 9 binanın fasadı yenilənib, 5 çoxmərtəbəli binaya vurulmuş üzlüklər dəyişdirilərək, müasir üslubda rənglənib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq, 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilib və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.
Dövlətimizin başçısının digər Sərəncamı ilə ayrılmış 3,2 milyon vəsait hesabına 12,9 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 11,2 kilometr uzunluğunda Aşağı Nüvədi-Kənarmeşə-Ећürük avtomobil yolu əsaslı təmir olunaraq asfaltlanıb.
Hazırda yeni Olimpiya İdman Kompleksinin və on bir mərtəbəli 5 ulduzlu otel kompleksinin tikintisi, şəhərdə abadlıq və quruculuq işləri davam etdirilir.
Bildirilib ki, aqrar sahədə işlərin sürətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişafına diqqətin artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması nəzərdə tutulub.
Hesabat yığıncağında çıxış edənlər bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan ətraflı söhbət açaraq, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildiriblər.
Ећura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: