Eldar Nəsibli Sibirel.Ећeirlər

21-10-2015, 08:30
0
Жалоба

http://s017.radikal.ru/i410/1508/17/4eaa587c9c82.jpg


BİR ARZU -1973

Qəribə bir hisslə qaynayır qanım,
Bu axşam bir arzu çəkir qəlbimi.
İstərəm əlimdə yol çamadanım
Yol gedəm Bakıdan Qazağa kimi.

Yolu dəstələyib ovcuma yığam,
Töküləm nur dolu bir körfəzə mən.
Ürək vəfasızlıq etməyə, çıxam
Sıldırım dağları bir nəfəsə mən.

Ola əl ağacım ayın işığı,
Dumanlı gecənin qorxusu hürkə.
Bir soyuq şeh düşə səhərə yaxın,
Yumulan gözümün yuxusu hürkə.

Dərdiyim çiçəyin bakirəliyi
Nəfəsim dəyəndə özündən gedə.
Bir qəfil qorxunun ağciyərliyi
Bulud tək çəkilib gözümdən gedə.

Mən kənddə səhərlə duram üzbəüz,
Sökülə gözümdən o gün dan yeri.
O moruqlu dərə, o laləli düz
Ola xəyalımın qəm boğan yeri.
Ola arzuların gün doğan yeri.

TAPMACA -1987

İnanmıram top yerindən tərpədə
Qala kimi mərtəbəli evini.
Göstərəmməz ən muasir sərgi də
Bər-bəzəkli otağının dəbini.
Hər şeyi var bu adamın dünyada.

Nə müddətdir qarajında usanmır
Gəlin kimi bəzəkli ağ maşını.
Üç-dörd alim bir aya da qazanmır,
Bircə gündə aldığı daş-başını
Hər şeyi var bu adamın dünyada.

Ömrü boyu hamar olub yolları,
Yoxuş çıxsa adam kimi tövşüyür.
Qorxa-qorxa götürdüyü pulları
Səhər olcaq rahat-rahat gövşəyir
Hər şeyi var bu adamın dünyada.

Sağlamlığı qayayla tən durarsa
Elə sanma ovxalanar, aşınar.
Adı xalqın malı olan nə varsa
Özü onun ünvanına daşınar.
Hər şeyi var bu adamın dünyada.

İnanmırsan, arxasınca bax, boylan,
Ећax gəzinib yeriyə də bilir o.
Qız görəndə ocaq üstə qoyulan
Sarı yağtək əriyə də bilir o,
Hər şeyi var bu adamın dünyada.

Hər şeyi var bu adamın dünyada.
Yiyəsidir rəflərində toz kəsən,
Oxunmamış cilid-cilid kitabın.
Olanını görüb sizə dedim mən.
Nəyi yoxdur daha onu siz tapın.

YAЕћAYIR-1975

Bu torpağın hər qarışı möcüzə,
Zirvədə qış, dərədə yaz yaşayır.
İldırımda ərənlərin qəzəbi,
Çiçəklərin gözündə naz yaşayır.

Çovğun günü xeyirxahın, təmizin,
Ey ümidim, baxışında qız, isin.
Gül tək ömrü dondurmağa xəbisin
Nəfəsində şaxta, ayaz yaşayır.

Gülüm, gördün eşqin dönür nağıla,
Az qalır ki, buxarlanıb soğula.
O gün baş qoy sinəm üstə, yuxula
Orda hisslər oyadan saz yaşayır.

Bütün dünya ürəyimə yerləşir,
Xəzər dalğam dəcəlləşir, kürləşir.
Bir gözümdə Xramla Kür birləşir,
Bir gözümdə qəmli Araz yaşayır.

Ana yurdun qayasıyam, daşıyam,
Buludunun gözlərinin yaşıyam,
Ümidini gələcəyə daşıyan
Ürəyimdə arzu, muraz yaşayır.

Ey Nəsibli, gecə-gündüz söz ovla,
Heç kim deməz ilhamını cilovla.
Səndən əvvəl sən yandığın alovla
Bu dünyada Məmməd Araz yaşayır

Torpaq Nəğməsi

Ana torpaq, ilk məskənim, son yerim
Dağın, dərən mənə arxa , həyandı.
Boynubükük bənövşələr-kədərim,
Alovlanan lalələrin-həyamdi.

Üfüqlərin xəyalımın yoludu,
Hər qarışın müqəddəsdi, uludu,
Yanğım olsa, göylərinin buludu,
İstəyimi bir baxışdan duyandı.

Bir zərrən də səni məndə yaşatdı,
Yaddan çıxsa bir yer adı, daş adı-
Küləklərin yaddaşıma daş atdı,
Mürgüləyən xatirələr oyandı.

Min il keçsə ömür sənə yad olmaz,
Sənsiz bir gün ürəyimdə od olmaz,
Nəm duyğular atəşindən od almaz,
Ha yelpiklə, ha alışdır, ha yandır.

Baş açmadım, heç bu necə sirr idi?
Eşqim dəcəl uşaq kimi kür idi.
Bir gözəli görən kimi kiridi,
Axşam, səhər yollarında dayandı.

Ana torpaq susdurmaqçün düşməni,
Al, güllə tək sinəsinə sıx məni.
Bir saz üstə zəfər adlı nəğməni,
Sazım, sözüm bu dünyaya yayandı.

MƏN KÖHNƏ KİЕћİYƏM... 1999

Mən köhnə kişiyəm, bala,
Nuh adlı sirdən gəlmişəm.
Hara türk ayağı dəyib,
Mən həmin yerdən gəlmişəm.

Bir az şaman duasıyam,
Bir az günəş şüasıyam,
Gələn əsrin havasıyam,
Ötən əsrdən gəlmişəm.

Dodağımda türkü, şərqi,
Dolanmışam qərbi, şərqi.
Ya cüt, ya tək, eh...nə fərqi
Hansı səbrdən gəlmişəm.

Bu dağlar tərs, avand yerim.
Qayaları sapand yerim.
Hər şəhid qəbri - and yerim...
Gör neçə pirdən gəlmişəm?!

37 ağrım, acım.
Bu taledən hara qaçım?!
Qalmayıb özgə əlacım,
Adsız qəbirdən gəlmişəm.

Təbrizim arzum, murazım.
Taleyimdə qara yazım.
Bir az səbr et, xan Arazım,
Mən dəli Kürdən gəlmişəm.

Sibirel, sənə yaxınam.
Gözündən qaçan yuxunam,
Sürgündə qalan ruhunam,
Qarlı Sibirdən gəlmişəm.

BU SEVGİ 1981

Qəlbimə gəlmişdi gözlənilmədən,
Deyərdim çətinki, sönə bu sevgi.
Dağınıq, pərişan fikirlərimi
Salmışdı bir səmtə,yönə bu sevgi

Gözəllər içindən seçilmiş idi,
Önündə zirvələr kiçilmiş idi,
Ulduzlar əyninə biçilmiş idi,
Taledən töhvəydi mənə bu sevgi.

Qəlbindən gələrdi sorağım hər gün,
Çiçəktək açardı marağım hər gün
Deyərdi-sən çıxma, mən çıxım hər gün
Gah aya, gah da ki günə bu sevgi.

Gecələr saçına çökmüşdü onun,
Günəş öz suyuna çəkmişdi onu,
Ay da işığına bükmüşdü onu,
Qənimdi dumana, çənə bu sevgi.

Gözümdə həsrəti bitəsi imiş,
Könlümü güvətək didəsi imiş.
Qəfil gəldiyitək gedəsi imiş,
Ömrümdən, günümdən demə bu sevgi

Əsgər çəkmələri

Qəribə bir istək keçər könlümdən,
Mən onu hamıyla bölmək istərəm:
Əsgər çəkməsini elə bu gündən
Tarix muzeyində görmək istərəm.

Deyən yanılıram, düz demirəm mən ,
Xalq var ki, kədəri dağdan ağırdır.
Bu gün də o yerdə yad əsgərlərin,
Gediş-gəlişindən yollar yağırdır.

Zalımdan mərhəmət gözləyənlərə
Sözünü tüfənglər, lülələr deyir.
Səadət yerinə , qonaq yerinə
Orda qapıları güllələr döyür.

Qar , çovğun vursa da ilk baharını,
Ağrını, acını udur analar
Nizələrdə görüb qundaqlarını ,
Tüfəng qundağından tutur analar.

Gərək od götürə kirpiklərimiz,
Dünyaya səadət verməkdən ötrü.
Hələ bu çəkməni geyməliyik biz,
Bir vaxt muzeylərdə görməkdən ötrü.

ƏYİLMƏZ BAЕћINI UCA TUT VƏTƏN-1990

Ağlama yaraşmır sənə göz yaşı,
Qurut gözləriyin yaşını, vətən.
Axı qalda gərək igidin başı,
Uca tut əyilməz başını, vətən.

Yamanca ağırmış Vətən, daşımız,
Onu qaldırmağa "dostlar" can çəkir.
Yox, daha oyanıb qan yaddaşımız,
Bizi azadlığa daha qan çəkir.

Zaman dost-düşməni bir-bir tanıdır,
Ölməyir Əsliyçün Kərəmlərimiz.
Sinəmiz Ећəhidlər Xiyabanıdır,
Orda dəfn etmişik ərənləri biz.

Yolları uzundur özünü dərkin.
O yol igidlərin qanından keçir.
Sənin oğulların, Vətən, sevin ki,
Döyüşdə səndən yox, canından keçir.

Kökünün qədrini biləni varsa,
Nəsillər sabaha ümid daşıyır.
Azadlıq uğrunda öləni varsa
O xalqın yaşamaq haqqı yaşayır.

Qələbəyə saxla göz yaşlarını,
Azadlıq boylanmır sənə yad kimi.
O gün şəhidlər də baş daşlarını.
Düşmənə sıxacaq avtomat kimi.

Əyilməz başını uca tut ,Vətən
Azadlıq arzulu igidlərinlə.
Ömrü yaz ömrü tək qərənfilləşən,
Məzarı - and yeri şəhidlərinlə.


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация