Ећafa KAMİLLİ."Yox olmuşam..."

21-10-2015, 18:00
627

Səni tapdım,
Sevinc ilə,
Tapan gündən ,
Mən yox oldum...
Mən səninlə var oldum .
Mən özmü itirdim ,
Sən oldum...
İtirmişəm mən özümü,
Axtariram
Görən varmı ?
Mən haradayam ?
Bilən varmı ?
Ey Allahım!!!
Niyə yoxam?
Mən haradayam ?
Kiməm axı?
Niyə yoxam?
Haradan tapdim ?
Haradan gəldin?
Bu qismətsiz taleyimə?
Özün yoxsan...
Mən də yoxam...
Aparmısan...
Məni məndən,
Gülüşümü,
Sevincimi,
Məni, məndən qoparmısan ...
Mən haradayam bilən, varmi?
Bu yaşayan, sanki ruhdu,
Bu mənmiyəm?
Tanımıram mən özümü ...
Bu mənmiyəm?
Mən haradayam?
Yox olmuşam ...
Kədərlə, gözyaşıyla,
Heç olmuşam,
Puç olmuşam...
İtirmişəm mən özümü...
Yox olmuşam...
Yox olmuşam...

19.10.2015


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: