Vergi Ödəyicilərinə Xidmət Mərkəzinə 9 ayda 26 min 285 müraciət olunub

22-10-2015, 02:00
621

http://s49.radikal.ru/i125/1510/0e/4d4a724360f0.jpg


Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzi vergilər barədə məlumat və izahatların alınması, fiziki şəxslərin qeydiyyatı və qeydiyyatdan çıxarılması, müxtəlif elektron xidmətlər, əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi və digər xidmətlər göstərilir. Mərkəzdə həmçinin, ödəyicilərə vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi də təmin edilir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu ilin 9 ayı ərzində buraya 26 min 285 müraciət olunub, 37049 sayda xidmət göstərilib. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə müraciət edənlərin sayında 17, 3 faiz, göstərilmiş xidmətlərin sayında isə 51,7 faiz artım müşahidə olunub.
Göstərilən xidmətlər əsasən sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi, elektron bəyannamənin qəbulu, ərizə, arayış və məktubların vergi orqanına onlayn göndərilməsi, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı, vergi ödəyicisinin təsərrüfat subyektinin onlayn qeydiyyatı xidmətləri üzrə olub.
Xidmət rəisi otağında quraşdırılmış nəzarət tablosu vasitəsilə əməkdaşların hansının məşğul, hansının boş, hansının gözləmədə olduğuna nəzarət edir. Tabloda həmçinin göstərilən xidmətin adı və sərf edilən vaxt da qeyd olunur.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: