Zərdab regionun abad rayonlarından birinə çevrilib

22-10-2015, 04:00
586

Zərdab regionun abad rayonlarından birinə çevrilib


Mərkəzi Aran zonasında Zərdabın özünəməxsus özəllikləri var. Kür, Göyçay və Türyançay çaylarının rayonun ərazisindən keçməsi burada əkinçiliyin inkişafı baxımından müsbət əhəmiyyətə malikdir. Qış və yay otlaqlarının mövcudluğu isə rayonda il boyu heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır.
Ölkənin bütün bölgələrində gedən inkişaf, tikinti-quruculuq, abadlıq işləri Zərdabda da müşahidə olunur. Faktlar da bunu sübut edir. Təkcə cari ilin 9 ayı ərzində rayonda 63,4 milyon manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,5 milyon manat çoxdur.
2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması da bu sahənin inkişafına təkan verib. Rəqəmlərə nəzər salaq: 2015-ci ilin taxıl məhsulu üçün əkilmiş 16 min 730 hektar sahədən 49 min 850 ton məhsul götürülüb, məhsuldarlıq 29,8 sentnerə çatıb. Ötən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalı 118 ton, məhsuldarlıq 2,2 sentner artıb.
Hazırda rayonda taxılçılıq üzrə 4 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatlarda son mövsüm 221 hektar sahədə toxumluq arpa və buğda əkilmişdi. Həmin sahələrdən məhsuldarlıq 32,7 sentner olmaqla 722 ton toxumluq taxıl yığılıb. Qarğıdalı və çəltik istehsalında da vəziyyət pis deyil. Yeri gəlmişkən, bu il kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq məqsədilə istehsalçılara 1,6 milyon manata yaxın subsidiya verilib. Bundan əlavə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Ucar regional nümayəndəliyinin Zərdab bölməsi tərəfindən ilin əvvəlindən fermerlərə güzəştli şərtlərlə tələbata uyğun həcmdə gübrələr və maşın-texnika satılıb.
Vacib məsələlərdən biri də rayonda sahibkarlığın inkişafına diqqəti daha da artırmaq və özəl sektora dəstək verməkdir. Bu məqsədlə ilin əvvəlindən indiyədək Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Zərdabda 19 layihə üzrə 234,2 min manat kredit verilib. Bu hesaba rayonda xeyli yeni iş yerləri açılıb. Ümumiyyətlə, Zərdabda işsizliyin aradan qaldırılması məsələsinə ciddi diqqət yetirilir. Təkcə cari ilin sentyabr ayında keçirilən "Əmək yarmarkası"nda 48 nəfər işlə təmin olunub. Ümumilikdə isə ilin əvvəlindən 190-ı daimi olmaqla 300-dən çox yeni iş yeri açılıb.
Qışa az qalıb. Belə bir vaxtda yaşayış məntəqələrinin qazlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Zərdabda da bu məsələ neçə vaxtdır ən çox diqqət yetirilən sahədir. Bunun nəticəsidir ki, ilin əvvəlindən Pərvanlı, Əlibəyli, Allahqulubağı, Gödəkqobu və Məmmədqasımlı kəndlərinə qaz çəkilib və beləliklə, 19 yaşayış məntəqəsinin qazlaşması başa çatdırılıb. Hazırda Qoruqbağı, Sarıqaya, Ећəftəhal, Burunlu, Məlikli, Çallı, Körpükənd, Ећahhüseynli, Birinci Alıcanlı, İkinci Alıcanlı kəndlərinə qaz çəkilir.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülür. Bu məqsədlə əvvəlki illərdə modul tipli 17 sutəmizləyici qurğu, 194 bulaq istifadəyə verilib. Hazırda 4 kənddə modul tipli sutəmizləyici qurğular tikilir.
Bir sözlə, Zərdab həyata keçirilən layihələr, görülən işlər sayəsində inkişaf edən rayona çevrilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: