Baş Prokurorluq: Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqı tamamlanmaq üzrədir

23-10-2015, 02:00
410

http://s019.radikal.ru/i637/1510/b2/900e00f0b8b0.jpg


Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi və aldığı xəsarətlərdən orada ölməsi faktına görə Bakı Ећəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə guya istintaq hərəkətlərinin aparılmaması və məhkəmə-tibb ekspertizası rəylərinin istintaqa təqdim olunmaması barədə məlumatlar dərc edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur. Göstərilənlərlə bağlı bildiririk ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərin dairəsinin qısa müddət ərzində müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi təmin olunub.
Təyin olunan çoxsaylı ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibb ekspertizası rəyləri oktyabrın 20-də istintaqa təqdim edilib. Hazırda təqsirləndirilən şəxslərin ekspertiza rəyləri ilə tanış olunması prosesi davam etdirilir. İstintaqın tamamlanması, zərərçəkmiş şəxsin hüquqi varisinin ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tanış olmaları qısa müddətdə təmin ediləcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: