Valideynsiz böyümüş xocalılı məcburi köçkünlərə mənzillər verildi

23-10-2015, 03:00
901

http://s018.radikal.ru/i519/1510/69/3e7c65a02b33.jpg


Bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının qurbanlarının xatirəsi Azərbaycan xalqının qəlbində düşmənə daim nifrət hissi oyatmaqla bərabər əbədiyyət qazanıb. Bu misli görünməmiş faciənin qurbanlarının, onların ailələrinin, soyqırımı nəticəsində əlil olanların, itkin düşənlərin, valideynlərini itirənlərin ailələrinə və yaxınlarına diqqət və qayğı göstərilməsi daim dövlətimizin və şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Onların qayğılarının yüngülləşdirilməsi, problemlərinin aradan qaldırılması üçün davamlı tədbirlər həyata keçirilir.
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 məcburi köçkün ailəsindən qalan 16 ailəyə də yeni mənzillərin verilməsi bu qayğı və diqqətin nəticəsidir.
Bununla əlaqədar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirdikdən sonra Sabunçu rayonu ərazisindəki Qızılqum sanatoriyasında və başqa yerlərdə qohumlarının himayəsi altında böyüyən məcburi köçkün gəncləri qəbul edib. Həyatın ağrı-acıları ilə böyümüş bu gənclərin dövlət başçısının tapşırığına əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından onlara ailə tərkibinə uyğun, hər cür şəraiti olan mənzillər ayrıldığını bildirən Baş nazirin müavini Əli Həsənov Azərbaycan dövlətinin bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həllini bundan sonra da diqqət mərkəzində saxlayacağını deyib, onlara yeni mənzillərində xoşbəxtlik arzulayıb.
Soyqırımı zamanı hər iki valideynini itirmiş və valideyn həsrəti ilə böyümüş gənclərdən Yasəmən Həsənova, Natiq Məmmədov, Həmayıl Vəliyeva, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova bu xeyirxahlığa görə minnətdarlıqlarını bildiriblər. Onlar Prezident İlham Əliyevin bu tapşırığını dövlətimizin başçısının nəinki təkcə Xocalıdan olan, eyni zamanda, ölkəmizdəki bütün qaçqın və köçkünlərə göstərdiyi qayğının növbəti təzahürü kimi dəyərləndiriblər.
Sonra yeni mənzil almış məcburi köçkün gənclərə Dövlətqaçqınkomun Repatrasiya Departamenti tərəfindən mənzillərin orderləri və açarları təqdim olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: