Bakının "Azərreyl" voleybol komandası Çempionlar Liqası yarışlarına qələbə ilə başlayıb

29-10-2015, 01:00
722

http://s58.radikal.ru/i160/1510/30/4ca6f25bb9b1.jpg


Bakının qadınlardan ibarət "Azərreyl" voleybol klubu oktyabrın 28-də Çempionlar Liqası yarışlarında ilk oyununa çıxıb.
"A" qrupunda mübarizə aparan təmsilçimiz Azərbaycan Voleybol Mərkəzində Almaniyanın "Alyants Ећtutqart" komandasını qəbul edib.
Polşalı hakim Katarjina Sokolun idarə etdiyi görüşün ilk hissəsində "Azərreyl" hər iki texniki fasiləyə məğlub yollansa da, əzmkar oyun nümayiş etdirərək birinci seti öz xeyrinə başa vura bilib – 25:18.
Görüşdə ikinci set də Bakı təmsilçisinin üstünlüyü ilə başa çatıb. Voleybolçularımız bu setdə rəqibdən 25:23 hesabı ilə üstün olublar.
Üçüncü hissədə də inamı oyun nümayiş etdirən "Azərreyl" rəqibini 25:18 hesabı ilə məğlub edib.
Beləliklə, "Azərreyl" Almaniya təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.
"A" qrupunda "Lokomotiv", "Azərreyl" (hər ikisi Azərbaycan), "Dinamo Kazan" (Rusiya) və Almaniyanın "Alyants Ећtutqart" komandaları mübarizə aparır. Qrupun digər oyunu isə Rusiyada keçiriləcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: