Ећəmkirli fermerlər mövcud imkanlardan səmərəli istifadə edirlər

30-10-2015, 07:00
662

http://s017.radikal.ru/i409/1510/40/db679a8fc726.jpg


Bu mövsüm rayonda 251 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub

İl başa çatır. Min zəhmət bahasına yetişdirilmiş məhsullar yığılır. Hər sahədə təsərrüfat ilinə yekun vurulur. Amma aqrar sahədə fasilələr olmur. İndi hamı gələn ilin bol məhsulunun qeydinə qalır. Hər yerdə yaz-tarla işlərinə qızğın hazırlıq görülür.
Cari ildə Ећəmkir rayonunda 251 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Başqa sözlə desək, sahələrdən 59 min ton taxıl, 109 min ton kartof, 122 min ton tərəvəz yığılıb. Fermerlər, torpaq sahibkarları minnətdarlıqla qeyd edirlər ki, dövlətin qayğı və diqqəti sayəsində təsərrüfat ilini uğurla başa vura biliblər. Belə bir faktı xüsusi vurğulayırlar ki, il ərzində 123 fermerə 24 milyon manat kredit verilib.
Rayonun təcrübəli iş adamlarından biri İnqilab Ələkbərov Keçili kəndində çalışır. Keçili bölgəsi Ећəmkirin ən məhsuldar sahələrindən sayılır. Kür çayının sahilində yerləşən kəndin torpağı münbit, suyu bol, adamları işgüzardır. Burada əsasən taxıl əkilir, son vaxtlar isə həm də örtülü sahələrdə faraş tərəvəz yetişdirilir.
İnqilab Ələkbərov ali təhsilli iqtsadçıdır. 30 ildən çoxdur ki, təsərrüfatda çalışır. İşgüzar, ədalətli və mehribandır. Təsərrüfatı bilməyinə də söz ola bilməz. Hər il oğlu Ећahmarla birlikdə taxıl yetişdirir. Əsasən toxumçuluqla məşğul olur, özü də elit sorta üstünlük verir. Bu ilin məhsulu üçün "Krasnodar-Tanya" sortunun toxumunu səpmişdi. Hər hektardan 51 sentner məhsul götürdü.
İdris Həsənov, Sabir Cəfərov, Oqtay Abbasov, Ећəfiqə Həsənova və başqaları da hər il sahələrdə bol məhsul yetişdirir, onun vaxtında və itkisiz toplanması üçün əllərindən gələni əsirgəmirlər.
Rayonda yeni təsərrüfat ilinə hazırlıqla əlaqədar genişmiqyaslı işlər görülür. Təkcə "Aqropark"ın inşasına 30 milyon manatdan çox investisiya qoyulub. Burada müasir istilikxana, şitilçilik, tingçilik, intensiv bağçılıq, meyvə, tərəvəz emalı sahəsi, loqistik və aqroservis mərkəzi, soyuducu anbar, "Yaşıl market" və fermer mağazaları, araşdırma mərkəzi, hotel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. "Aqropark" regionda fəaliyyət göstərən fermerlərə məsləhət, texniki və logistika xidmətləri göstərəcək, müasir texnologiyaların tətbiqinə, toxum, şitil və ting ilə təmin olunmasına şərait yaradacaq.
Bu gün Ећəmkirin bələdiyyələrində onlarca MMC təşkil olunmuşdur. Qaracəmirli və Keçili MMC-lərdə quşçuluq təsərrüfatları yaradılmışdır. Sabirkənd MMC-də tikinti materialları bazarı fəaliyyət göstərir. Çinarlı MMC-nin nəzdində "Ећəmkir səbət" adlanan bütün standartlara və infrastruktura malik "Yaşıl market" tikilir. Ceyrançöl MMC-nin nəzdində isə 2 min hektardan artıq torpaq sahəsində nümunəvi toxumçuluq-bitkiçilik təsərrüfatının yaradılmasına başlanılmışdır. Burada 877 hektar sahənin suvarılmasının təmin edilməsi üçün tədbirlər görülür.
İndi rayonun əkin-biçin sahələrində qızğın iş gedir. Cari ilin 9 ayı ərzində gələn ilin məhsulu üçün 18 min hektar sahədə payızlıq səpin aparılıb ki, bu da ötən ilin müvafiq dövründəkindən xeyli çoxdur. Rayon icra hakimiyyətinin aqrar məsələlər üzrə məsləhətçisi Rasim Mustafayev deyir ki, ölkədə, o cümlədən Ећəmkirdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət verilir: "Son bir ildə Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə əlaqədar bir neçə mühüm sərəncam imzalamışdır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında" dövlət başçısının sərəncamından sonra rayona bir sıra texnika gətirilmişdir. Dövlət başçısının "Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 15 aprel 2015-ci il tarixli sərəncamı da kənd təsərrüfatı məhsulları istehsalçılarına əlavə maddi stimul vermişdir. Sahibkarların fəaliyyətinə hər cür müdaxilə hallarının və ümumən 2 il ərzində yoxlamaların qadağan edilməsi də hamının ürəyindən xəbər verir".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: