Azərbaycanda miqrasiya prosesləri vahid və çevik prosedurlar əsasında tənzimlənir

30-10-2015, 18:20
749

http://i081.radikal.ru/1510/de/41c4de6df20f.jpg


Oktyabrın 30-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cenevrədəki Baş Qərargahında Proqram dəstəyi və idarəetmə şöbəsinin direktor müavini Henrik Nordentoft, Beynəlxalq himayə şöbəsi direktorunun müavini Preeta Lou, Avropa bürosunun baş məmuru Anatoliy Pujay, BMT QAK-ın Cənubi Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri Simone Volken və təşkilatın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdsonla görüşüb.
DMX-dən bildiriblər ki, Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın 20 ildən çoxdur qaçqın və məcburi köçkün həyatı yaşadığını, BMT Təhlükəsizlik Ећurasının qəbul etdiyi dörd qətnamənin hələ də icra edilmədiyini təəssüf hissi ilə qonaqların diqqətinə çatdırıb. Həmçinin ikili standartların yaratdığı fəsadlar, Avropanın üzləşdiyi miqrant problemi və miqrantların orada qarşılaşdıqları vəziyyət barədə fikirlərini bölüşüb.
F.Nəbiyev fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında quran müstəqil dövlət orqanı - DMX-nin yaradıldığı vaxtdan ölkəmizdə miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliyin artırılması istiqamətində görülmüş işlərdən bəhs edib. Ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən proseslərdə ictimaiyyətin fəallığının artırılması, bu sahədə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi sahəsində görülmüş işlərə toxunan Xidmət rəisi qanunvericiliyə əsasən Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz arzusu ilə yerli şəraitə uyğunlaşdırılması üçün Dövlət Miqrasiya Xidmətinin aidiyyəti dövlət orqanları ilə birgə iş apardığını bildirib. O, Xidmətin müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti, həmin mərkəzlərdə yerləşdirilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış yüksək səviyyəli şərait barədə ətraflı məlumat verib.
Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Azərbaycan Respublikasının BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının "10 ilə vətəndaşsızlığa son" kampaniyasına qoşulduğunu deyən F.Nəbiyev vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görüldüyünü bildirib.
Görüşdə Azərbaycanda sığınacaq axtaran şəxslərə əlavə himayənin tətbiqi, "Ећərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü" layihəsinin ikinci mərhələsi, habelə sığınacaqla bağlı qanunvericilik bazasının inkişafı, ona əlavə və dəyişikliklər edilməsi istiqamətində əməkdaşlıq məsələləri də müzakirə olunub. F.Nəbiyev ölkəmizdə sığınacaq axtaran şəxslərin problemlərinə hər zaman operativ reaksiya verildiyini, Dövlət Miqrasiya Xidməti tərəfindən onların həssas qrupa aid olduqlarının daim diqqət mərkəzində saxlanıldığını, BMT QAK-la bu yöndə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Xanım Preeta Lou təmsil etdikləri qurumun Cənubi Qafqaz regionunda fəaliyyəti və gördüyü işlərlə yaxından tanışlıq məqsədi daşıyan səfər zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mandatına daxil olan məsələlər barədə məlumat toplamaq üçün hökumət rəsmiləri ilə keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: