Avstraliya parlamentinin nümayəndə heyəti Gəncədə olub

30-10-2015, 19:15
876

http://s019.radikal.ru/i624/1510/91/ecfa57c4f6bb.jpg


Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti oktyabrın 30-da Gəncəyə gəlib.
Gəncə Ећəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev nümayəndə heyətinin üzvlərinə Azərbaycanın ikinci böyük şəhəri haqqında, onun tarixi şəxsiyyətləri, sosial-iqtsadi vəziyyəti, elm və təhsil müəssisələri, həmçinin turizm imkanları barədə ətraflı məlumat verib.
Nümayəndə heyətinin rəhbəri Like Simpkins Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən məmnunluğunu bildirib və Avstraliya-Azərbaycan əlaqələrinin genişləndirilməsində bölgələrlə tanışlığın əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Gəncəyə səfərlərinin məqsədi Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etməklə yanaşı, bölgələrlə yaxından tanış olmaqdır. Bakıya heyran qaldığını deyən qonaq belə inkişafı Gəncədə də görməsindən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, Dağlıq Qarabağ müharibəsi nəticəsində bir milyon azərbaycanlının qaçqın düşməsi barədə geniş məlumatları var və Gəncədə olduqları müddətdə burada məskunlaşan qaçqın və məcburi köçkünlərlə görüşmək arzusundadırlar.
Görüşdə xatirə hədiyyələri təqdim edilib.
Sonra qonaqlar şəhərlə tanış olublar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: