Patriarx Kirill: Rusiya və Azərbaycan xalqlarının mənəvi-mədəni əlaqələri daim inkişaf edir

30-10-2015, 19:40
824

http://s017.radikal.ru/i411/1510/e5/dd14d6de73a0.jpg


Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında mənəvi və mədəni əlaqələr daim inkişaf edir.
Bu sözləri Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə bildirib.
Patriarx Kirill deyib ki, heç bir xarici təsir Azərbaycan və Rusiya xalqlarının xoş münasibətlərini poza bilməz: "Bu işdə Qafqazın dini lideri kimi sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Siz daim düşünülmüş mövqeyinizlə həm pravoslav xristianlara, həm də müsəlmanlara problemlərin həllində yardımçı olursunuz". Patriarx əmin olduğunu bildirib ki, budəfəki görüş də xalqlarımız və dindarlarımız üçün faydalı olacaq.
Patriarx qeyd edib ki, Yaxın Ећərqdə baş verən hadisələr Rusiyanın din xadimlərini çox ciddi narahat edir. Beynəlxalq terrorçuluqla mübarizə sayəsində müsəlman və xristianların səylərini birləşdirəcəyinə ümid etdiyini vurğulayan patriarx Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında din xadimlərinin rolunu diqqətə çatdırıb. O deyib: "Sizin bu istiqamətdə sülhməramlı fəaliyyətiniz yüksək qiymətə layiqdir və bu işdə sizi hərtərəfli dəstəkləməyə hazıram".
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Ећeyxülislam Azərbaycan və Rusiya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb.
Allahşükür Paşazadə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində pravoslav dünyasının nüfuzlu şəxsiyyətlərindən olan patriarx Kirillin vasitəçilik missiyasına böyük ümid bəslədiyini qeyd edib.
Yaxın Ећərqdə, xüsusilə də Azərbaycanın sərhədlərinə yaxın ölkələrdə, o cümlədən İraq və Əfqanıstanda terror təhlükəsinin yüksək olduğunu qeyd edən QMİ sədri bu ölkələrdən Avropaya üz tutan milyonlarla qaçqın və köçkünün taleyindən narahatlıq ifadə edib. Allahşükür Paşazadə Azərbaycanın da Qarabağ probleminin, ölkəmizdə bir milyondan artıq qaçqın və köçkünün olduğunu və buna dünya ictimaiyyətinin biganə qaldığını söyləyib: "Siz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edən başlıca şəxslərdən birisiniz. Buna görə Azərbaycan xalqı adından sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, sizin də səyləriniz nəticəsində həm Yaxın Ећərq problemi, həm də Dağlıq Qarabağ problemi tezliklə öz həllini tapacaq".
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: