Ећəmkirin iki kəndinin içməli su təchizatı yaxşılaşdırılıb

30-10-2015, 21:00
869

http://s014.radikal.ru/i327/1510/59/ac31a6a4ee31.jpg


"Azərsu" Açıq Səhmdar Cəmiyyəti respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir.
"Azərsu" ASC-dən bildirilib ki, bu məqsədlə Ећəmkir rayonunun Hacıalılar və Düzqışlaq kəndlərində icra olunan layihələr uğurla başa çatdırılıb və yeni su təchizatı sistemlərinin istifadəyə verilməsi ilə bağlı mərasimdə Ећəmkir Rayon İcra Hakimiyyətinin rəsmisi Rasim Mustafayev ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini bildirib və qeyd edib ki, Hacıalılar və Düzqışlaq kəndlərinin sakinləri uzun illərdir içməli su qıtlığından əziyyət çəkib. "Azərsu" ASC-nin həyata keçirdiyi layihələrin icrası qısa müddətdə yekunlaşıb və sakinlərin içməli su problemi öz həllini tapıb.
"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC direktorunun birinci müavini Vəli Həsənov bildirib ki, regionların sosial-iqtisadi inkişafı proqramlarına uyğun olaraq bölgələrdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün daha iki kəndə içməli suyun verilməsi təmin edilir. Bundan sonra kənd sakinləri keyfiyyətli içməli sudan fasiləsiz olaraq istifadə edə biləcək. Bu tədbirlərin davamı olaraq yaxın gələcəkdə digər rayonların içməli sudan əziyyət çəkən kəndlərinin də problemləri həll ediləcək",- deyə V.Həsənov söyləyib.
Ећəmkir rayonunun Hacıalılar kəndinin su təchizatı sisteminin yaradılması layihəsi 500-dək sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Kəndi içməli su ilə təmin etmək üçün su mənbəyi bulaqlar seçilib. Bulaqlardan götürülmüş suyun istehlakçılara çatdırılması məqsədi ilə, hər birinin tutumu 30 kubmetr olan 4 ədəd anbar tikilib, nasos stansiyası və transformator quraşdırılıb. Bununla yanaşı 500 metr magistral, 750 metr kəndarası su xətləri çəkilib, kəndin müxtəlif yerlərində 3 ədəd bulaq quraşdırılıb. Gələcəkdə bulaqların sayının artırılması nəzərdə tutulub.
Qeyd edək ki, indiyə qədər Hacıalılar kəndində içməli su şəbəkəsi olmayıb və kənd sakinləri suyu fərdi qaydada uzaq məsafədə yerləşən bulaqlardan gətirib.
Ећəmkir rayonunun Düzqışlaq kəndinin dəmir yol stansiyası ərazisində 60 kubmetrlik su çəni və paylayıcı şəbəkə olsa da əhalinin su təminatında problemlər yaşanıb. Yeni subartezian quyusunun qazılmasından sonra 600 nəfər əhalisi olan kəndin dayanıqlı su təchizatı təmin edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: