Naxçıvan Muxtar Respublikası parlament seçkilərinə tam hazırdır

31-10-2015, 14:00
1 120

http://s017.radikal.ru/i429/1510/5c/3429cf74975f.jpg


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi var. Muxtar respublika üzrə seçicilərin sayı 268 min 463 nəfərdir. Onların 137 min 454 nəfəri qadın, 131 min 9 nəfəri isə kişidir, 4799 nəfəri ilk dəfə səs verən seçicilərdir. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə seçicilərin sayı 2033 nəfər artıb.
Mətbuata açıqlamasında bu faktları Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov deyib.
Məhərrəm Qasımov bildirib ki, 24 qapalı seçki məntəqəsi muxtar respublikada xidmət keçən hərbi qulluqçuların və cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların aktiv seçki hüquqlarının təmin olunması üçün seçkilərə 5 gün qalmış yaradılıb. Azərbaycan Respublikasının Milli Məclisinə 7 seçki dairəsi üzrə 29 nəfərin namizədliyi qeydə alınıb ki, onlardan 7-si deputat seçiləcək. Partiya mənsubiyyətinə görə namizədlərin 5-i Yeni Azərbaycan Partiyasının, 16-sı müxalifət partiyalarının nümayəndələri, 8-i isə bitərəflərdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə isə 45 seçki dairəsi üzrə 135 namizəd qeydə alınıb ki, onlardan 45-i deputat seçiləcək. Bu namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri müxalifət partiyalarının nümayəndələri, 45 nəfəri isə bitərəflərdir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri qeyd edib ki, muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin beş seçki məntəqəsində olmaqla, ümumilikdə, 35 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və seçki günü səsvermə və səslərin hesablanması müddətində aktiv olacaq. İstəyən hər kəs internet vasitəsilə həmin seçki məntəqələrində səsverməni və səslərin hesablanmasını izləyə bilər.
Muxtar respublikadakı dairə və məntəqə seçki komissiyalarının seçkilərə tam hazır vəziyyətə gətirilməsi üçün tələb olunan bütün işlərin həyata keçirildiyini bildirən Məhərrəm Qasımov qeyd edib ki, hər bir seçki komissiyasında mövcud inventar və avadanlıqlar tək-tək araşdırılıb, seçki komissiyaları seçki günü üçün tələb olunan bütün əşyalarla təmin edilib. Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hazırВ¬ladığı təlimatlar, izah və qaydalar, Seçki Məcəlləsi, nümunə protokollar və digər seçki sənədlər müvafiq seçki komissiyalarına paylanılıb. Əhalinin maarifləndirilməsi üçün plakatlar şəhər, qəsəbə və kəndlərdə mərkəzi yerlərdə yerləşdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərlə əlaqədar Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının hazırladığı təlimatlar, izah və qaydalar, "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu, nümunə protokollar və digər tələb olunan seçki sənədləri nəşr edilərək müvafiq seçki komissiyalarına çatdırılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: