Qəbələ - Azərbaycanın inkişafının daha bir meyarı

7-11-2015, 09:00
558

http://s010.radikal.ru/i312/1511/96/b524a6daa331.jpg


Azərbaycanın zəngin və qədim tarixə malik bölgələri arasında Qəbələnin özünəməxsus yeri var. Vaxtı ilə Qafqaz Albaniyasının paytaxtı olmuş bu məkanda antik şəhərin və Qafqaz Albaniyasının baş darvazalarının qalıqları hələ də qalmaqdadır. Həmin ərazidə Çuxur Qəbələ kəndinin yaxınlığında aparılan qazıntılar təsdiq edir ki, IV-III əsrlərdən başlayaraq XVIII əsrədək Qəbələ inkişaf etmiş ticarətə malik iri şəhərlərdən biri, sənətkarlıq mərkəzi olmuşdur.
Lakin tarixin müəyyən dövrlərində Qəbələnin təkcə adı dəyişdirilərək Qutqaşen olmamışdı, həm də Azərbaycanın bu nadir guşəsi diqqətdən kənar qalmışdı. Qəbələ üçün də yeni zaman XX əsrin sonlarında - Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə başladı. Necə deyərlər, su gələn arxa bir də gəldi. Müstəqillik respublikamızın bütün bölgələrində olduğu kimi, Qəbələyə də şəfəq saçırdı. Artıq illərdir ki, yolu bura düşən xarici ölkə vətəndaşları da Qəbələnin hüsnünə heyran qalırlar.
Başqa sözlə, saysız-hesabsız görməli yerləri, gözəl təbiəti və inkişaf etmiş infrastrukturu Qəbələyə minlərlə turist cəlb edir. Ећəhərin yaxınlığındakı 1000-dən çox yeri olan 5 ulduzlu "Qafqaz" kompleksində istirahət etmək üçün həm kiçik hotellər, həm də bir neçə istirahət zonası və turist bazası var. Ümumilikdə hazırda Qəbələdə 17 turizm istirahət kompleksi fəaliyyət göstərir. Onların arasında 4 hotel beşulduzludur. Eyni vaxtda 2000 nəfəri qəbul etmək imkanı olan komplekslərə bu ilin əvvəlindən indiyədək 70 minə yaxın turist gəlmişdir.
Ећəhərdə hər il dünyanın müxtəlif ölkələrindən gələn orkestr və ifaçıların iştirak etdiyi klassik musiqi, caz və muğam üzrə beynəlxalq musiqi festivalı keçirilir. İki ildən bir isə festival çərçivəsində fortepiano sənəti üzrə müsabiqə təşkil olunur. Bu baxımdan "Beltman" holland markası ilə pianino istehsal edən fabrikin Qəbələdə olması da təsadüfi deyil.
Qəbələnin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri də burada kənd təsərrüfatının diqqət mərkəzində saxlanılması ilə paralel olaraq xidmət sektorunun prioritet sahələr sırasında yer ala bilməsidir. Bunlar isə sahibkarlara yaradılan münbit şəraitdən qaynaqlanır. Elə bu səbəblərdəndir ki, hazırda ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin çəkisi 60,7 faizdir.
Qəbələdə müşahidə edilən inkişaf aqrar sahədə də özünü göstərir. Prezidentin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamı qəbələli fermerlərə maddi stimul verir. Sərəncamın icrası ilə əlaqədar təkcə 2014-cü ilin sonunda torpaq mülkiyyətçilərinə dövlət büdcəsi hesabına 498,5 min manat yardım hesablanıb və həmin vəsait bu ilin I rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılıb. Eləcə də cari ilin oktyabr ayında 1729 torpaq sahibinə əkin sahələrinin becərilməsinə görə 1,1 milyon manat yardım ödənilib.
Bu il Qəbələdə 21300 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdi ki, onun da 14015 hektarı buğda, 7285 hektarı arpa olmuşdu. Sahələrdən 66097 ton, yəni orta hesabla hər hektardan 31 sentner məhsul götürüldü. Belə yüksək məhsuldarlığa təsir edən amillərdən biri torpaqların münbitliyinin qabaqcadan öyrənilməsi, gübrələrə və dərman pereparatlarına olan tələbatın tam ödənilməsidir.
Rayonda sakinlərin məşğulluq probleminin həllinə də xüsusi diqqət yetirilir. 2003-cü ilin oktyabr ayından 2015-ci ilin müvafiq dövrünədək 11,4 mini daimi olmaqla 13,4 min yeni iş yerinin açılması bunu sübut edir. Bu ilin əvvəlindən isə yeni açılmış daimi iş yerlərinin sayı 750-dən çoxdur.
İxtisaslı fəhlə kadrlarının hazırlanması sahəsində də xeyli işlər görülüb. Yalnız bu il rayonda fəaliyyət göstərən peşə məktəbini 65 məzun bitirib. Hazırda məktəbdə 6 qrup üzrə 107 şagird təhsil alır. Onlar çilingər-santexnik, traktorçu-maşinist, elektrik montyoru, tikiş avadanlıqlarının operatoru, kənd təsərrüfatı maşınlarının təmiri üzrə çilingər və dərzi ixtisasları üzrə peşələrə yiyələnirlər. Bundan əlavə, turizm və hotelçilik üzrə Peşə Tədris Mərkəzini 160 şagird bitirərək istehsalata göndərilib. Məzunlar aşpaz, turizm agenti, əməliyyatçı mühasib, kompüter operatoru, ofisiant, barmen, bufetçi, qənnadıçı, şirniyyatçı peşələrini mənimsəyiblər.
Ümumiyyətlə, rayonda gənclərlə istər iş, istərsə də kütləvi bədən tərbiyəsi və idman sahəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Söz düşmüşkən bildirək ki, "Bakı-2015" ilk Avropa Oyunlarının iştirakçıları arasında "Qəbələ İdman Klubu"nun idmançıları da öz güclərini sınayıb və 6 idman növü (taekvondo, cüdo, boks, sambo, karate, atıcılıq) üzrə 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. "Ећahin" hərbi-idman oyununun Zaqatala rayonunda keçirilən zona birinciliyində, eləcə də Qəbələdə keçirilən "Gənc xilasedici və yanğınsöndürən" yarışının zona mərhələsində də rayonun komandası fərqlənərək 3-cü olub.
Qəbələnin kommunal xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlirlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə bu sahələr daim diqqətdə saxlanılır. Hazırda Nic, Vəndam, Bum qəsəbələrində və Qəmərvan, Yengicə, Tüntül kəndlərinə qaz çəkilir. Qəbələ Sukanal İdarəsi tərəfindən Qaraçay və Duruca su mənbələrində yerləşən anbarlar lil və qumdan təmizlənir, qurğularda cari təmir işləri görülür. Dizaxlı, Aydınqışlaq və Qaradeyin kəndlərində isə yeni subartezian quyuları qazılaraq istifadəyə verilib. Mirzəbəyli, Cığatelli, Seyidqışlaq, Məmmədağalı, Bunud və Həmzəli kəndlərində də subartezian quyuları qazılır.
Ümumiyyətlə, son 10-15 ildə Qəbələdə çox böyük miqyasda quruculuq, abadlıq işləri görülüb. Bu işlər yenə də davam edir. Özü də quruculuq işləri elə zövqlə aparılır ki, yolu bu yerlərə ilk dəfə düşənlər təkrar-təkrar gəlmək istəyirlər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: