Son dəqiqə:

Metropoliten işçiləri peşə bayramlarını qeyd ediblər

7-11-2015, 16:00
536

http://s017.radikal.ru/i426/1511/c2/128f8aedd821.jpg


Metropoliten işçilərinin peşə bayramı münasibətilə "Bakı Metropoliteni" QSC-də təntənəli yığıncaq keçirilib.
QSC-dən bildirilib ki, "Bakı Metropoliteni"nin sədri Zaur Hüseynov metropolitenin tarixindən söz açaraq, istər Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, istər SSRİ kimi nəhəng dövlətin yüksək rəhbərliyində yer alaraq Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən, istərsə də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin metronun inkişafına, genişlənib böyüməsinə göstərdiyi diqqətdən, onun metropolitençi əməyinə verdiyi yüksək qiymətdən danışıb. Həmin ənənələrə sadiq qalan Prezident İlham Əliyevin imzaladığı sərəncamla metropoliten işçilərinin peşə bayramının 10-cu dəfə rəsmən qeyd edilməsinin qürurverici bir hadisə kimi dəyərləndirən Z.Hüseynov bu illər ərzində metropolitenin inkişafı naminə dövlətin qayğısı və diqqətindən də bəhs edib.
O, 2008-ci ildə metropolitenin inkişafına dair dövlət proqramının hazırlanması barədə, həmçinin 2011-ci ildə perspektiv inkişaf planını və müvafiq Dövlət Proqramını təsdiq edən sərəncamların imzalamasını xüsusi qeyd edərək, bunu yeraltı yollarımızın inkişafına istiqamətverici töhfə adlandırıb. Bildirib ki, 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin yaradılması ilə həm metro istismarının, həm də inşaat işlərinin bir mərkəzdə cəmlənməsi bu iki mürəkkəb sahədə daha nizamlanan, ardıcıl və keyfiyyətli iş aparılmasına, hər sahədə təchizatın gücləndirilməsinə, müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait yaradıb.
Dövlətin daimi qayğısı və diqqətinin hər bir metropolitençini daha əzmlə və fədakarlıqla çalışmağa ruhlandırdığını deyən QSC-nin sədri yarım əsrə yaxın bir müddət ərzində paytaxt sakinlərinə nümunəvi nəqliyyat xidməti göstərən metropolitençilərin bundan sonra da dövlətin yüksək etmadını doğruldaraq, əmək cəbhəsində buna layiqli cavab verəcəyinə, bacarıq və qüvvəsini əsirgəməyəcəyinə əminliyini bildirib.
Digər çıxış edənlər də əlamətdar gün münasibətilə metropoliten işçilərini təbrik ediblər.
Sonda "İlin ən yaxşı qatar maşinisti" adına layiq görülən Tərlan Hüseynova mükafatı təqdim olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: