AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq məruzələrin dinlənilməsi ilə davam edib

9-11-2015, 22:00
747

[center]http://www.azerbaijan-news.az/images/contents/e10874c9c9fdf75ce155c615d997ed70.jpg
[/center]

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq rəsmi hissə başa çatdıqdan sonra məruzələrlə davam edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun "Azərbaycan elminin ölkənin davamlı inkişafında rolu", rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun "Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı", təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan Respublikasının ali təhsil müəssisələrində elmi tədqiqatların aparılması", AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun "Azərbaycanda biologiya elminin inkişaf perspektivləri", AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Azərbaycanda humanitar elmlərin inkişaf perspektivləri" mövzularında məruzələri dinlənilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı çıxış edərək AMEA-nın 70 illiyi münasibətilə kollektivi təbrik edib, uğurlar arzulayıb. D.Kıdıralı Beynəlxalq Türk Akademiyasının qızıl medalını akademik A.Əlizadəyə təqdim edib.
Sonra xarici ölkələrin akademik qurumlarının və nüfuzlu elm adamlarının AMEA-nın 70 illik yubileyi ilə bağlı təbrikləri çatdırılıb.
Sonda akademiyanın 70 illik yubileyinə həsr olunan "Azərbaycanın elm məbədi" filmi nümayiş etdirilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: