Göyçayda nara abidə qoyulub

11-11-2015, 02:00
550

http://s019.radikal.ru/i611/1511/41/af122dc01cc2.jpg


Azərbaycanda ilk dəfə Göyçayda nar abidəsi qoyulub.
Abidənin açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, "AzNar" şirkətinin rəhbəri Fərhad Əhmədov iştirak edib.
Tədbirdə məlumat verilib ki, Göyçayın narın vətəni olması, bu məhsulun rayon iqtisadiyyatında oynadığı rol nəzərə alınaraq "AzNar" ASC-nin nar emalı müəssisəsinin qarşısında belə bir abidə yaradılıb.
Bildirilib ki, nar emalı zavodunda istehsal edilən məhsullar dünya bazarına çıxarılır. Müxtəlif çeşiddə nar, heyva, alma və üzüm şirələri istehsal edən "AzNar" zavodu hər il ABЕћ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Xarici ölkələrə alma şirəsi və heyva cemi də göndərilir. Müəssisə bu günədək müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb. Rayonda meyvəçiliyin inkişafına təkan verən "AzNar" QSC Göyçayda 520 hektar sahədə yeni nar bağı, 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salıb. Meyvə bağlarına 226 min ağac tingi əkilib. Zavod Azərbaycanda ilk dəfə olaraq narın tumunu təkrar emal etməklə müxtəlif məhsulların istehsalını həyata keçirir. Narın tumundan tibbi və kosmetik yağ istehsal etmək üçün yeni müəssisə yaradılıb. Avstraliyadan gətirilən yeni avadanlıqların köməyi ilə istehsal edilən nar yağından dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.
Sonra konsert proqramı təqdim edilib.
Xatırladaq ki, bu il ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının simvollarından biri nar olub. Noyabrın 7-də isə Göyçayda yerli və xarici qonaqların iştirakı ilə 10-cu Nar bayramı keçirilib. Həmçinin bu günlərdə Göyçayda ən böyük nar bağlarının mövcud olduğu Bığır kəndinin girişində, Bakı-Ећamaxı-Yevlax avtomobil yolunun kənarında nar və ondan hazırlanan məhsulların nümayişi üçün stend quraşdırılıb ki, bu da rayona gələn qonaqların bu sahəyə marağını cəlb etmək məqsədi daşıyır.
Göyçayda yaxın vaxtlarda nar muzeyinin yaradılması da nəzərdə tutulur.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: