Bu gün Dünya Diabet Günüdür

14-11-2015, 11:00
625

http://s019.radikal.ru/i600/1511/78/743c236806f0.jpg


Hazırda dünyada 300 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial–tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2030-cu ilədək diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər. Odur ki, insanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədilə 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, 14 noyabr tarixi Dünya Diabet Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-ci il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib. Noyabrın 14-ü Fredirik Bantinqin anadan olduğu gündür. Bu görkəmli insan Çarlz Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoyublar.
Dünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: "Güc birlikdədir!" Bu gündə ictimaiyyət xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır.
Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atılıb və bu məsələ Azərbaycan qanunvericiliyində də əksini tapıb. "Ећəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanununu tətbiq edilməsi buna bariz nümunədir. Bundan əlavə, Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli qərarı ilə "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" təsdiq edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: