"Azərreyl" və "Lokomotiv" voleybol komandaları Azərbaycan Super Liqası yarışlarında qələbə qazanıblar

16-11-2015, 14:00
1 401

http://www.azerbaijan-news.az/images/contents/acc211737ded56fb2b3160e5acea60bc.jpg


Qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının dördüncü turu çərçivəsində iki oyun keçirilib.
Turun ilk görüşü "Gənclik " Olimpiya İdman Kompleksində Çempionlar Liqası yarışlarındakı təmsilçilərimiz "Telekom" və "Azərreyl" komandaları arasında oynanılıb. Görüş "Azərreyl"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci qarşılaşmasında Çempionlar Liqasında yarışan "Lokomotiv" komandası Avropa Voleybol Konfederasiyası (CEV) turnirində ölkəmizi təmsil edən "Azəryol"u qəbul edib. Azərbaycan Voleybol Mərkəzində keçirilən görüşdə "Lokomotiv" komandası 3:1 hesabı ilə qalib gəlib.
Hesabında 6 xal olan "Telekom" və "Azərreyl" turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb. "Azəryol" isə üç xalla 3-cü yerdədir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: