"Böyük İyirmilik"ə doğru

18-11-2015, 00:00
796

http://www.azerbaijan-news.az/images/contents/e444c7afb51aa1307a2e14e05dadc473.jpg


Azərbaycanın geosiyasi əhəmiyyəti və Cənubi Qafqazdakı aparıcı mövqeyi beynəlxalq səviyyədə qəbul olunur

2015-ci il də Azərbaycan üçün əvvəlki illərdə olduğu kimi mühüm uğurlarla əlamətdardır. Xüsusən beynəlxalq kataklizmlər fonunda bu il ölkə iqtisadiyyatında əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Digər tərəfdən I Avropa Oyunlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi edən, qlobal iqtisadi və enerji layihələrində öz sözünü deyən respublikamız beynəlxalq miqyasda da böyük uğurlar əldə edib. Azərbaycanın Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmilik"in ("G20") Sammitinə dəvət olunması isə ölkəmizin beynəlxalq arenadakı növbəti nailiyyətidir.
Xatırladaq ki, "G20" inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə qlobal iqtisadiyyat məsələlərinin birgə müzakirəsi üçün formalaşıb. "G20" ilk əvvəl sadəcə "yeddilik" idi, Rusiyanın gəlişi ilə "səkkizlik"ə çevrilib. Daha sonra Hindistan, Braziliya və Çin kimi iri dövlətlərin qoşulması ilə say tərkibini artırıb. Dünyada məhsul istehsalının, beynəlxalq ticarətinə əsas hissəsi bu ölkələrin payına düşür. Belə ki, "Böyük İyirmilik"ə daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi "Böyük İyirmilik"in üzvü olan ABЕћ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayırlar.
Antalyada keçirilən sammitin gündəliyinə isə qlobal iqtisadiyyat məsələləri ilə yanaşı, terrorçuluğa qarşı mübarizə, qaçqın problemi kimi aktual mövzular da daxil edilmişdi. Sayca onuncu dəfə keçirilən bu sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunurdu. Tədbirin ənənəsinə görə, toplantıya ev sahibliyi edən ölkə tərəfindən fəxri qonaq dəvət edilir. Türkiyə isə fəxri qonaq qismində Azərbaycanı seçmişdi. Bu amil iki ölkə arasındakı qardaşlıq əlaqələrinin bir daha təsdiqi olmaqla yanaşı, Azərbaycanın iqtisadi potensialına verilən önəmin göstəricisidir. Xatırladaq ki, Azərbaycan "Böyük İyirmilik"in 2012-ci il fevralın 18-dən 20-dək Meksikanın Los Kabos şəhərində keçirilən sammitinə də dəvət almışdı. O vaxt həmin toplantıda "Böyük İyirmilik" üzvlərindən başqa 10 dövlət, keçmiş sovet respublikaları arasından isə yalnız Azərbaycan iştirak etmişdi. Həmin mötəbər toplantıya dəvət respublikamızın dünyada artan siyasi nüfuzunun, dünyadakı proseslərdə mühüm rol oynayan ölkəyə çevrilməsinin parlaq göstəricisi idi.
Azərbaycanın Antalya sammitinə dəvət olunması Türkiyə ilə qardaşlıq münasibətləri ilə yanaşı, digər səbəblərdən irəli gəlirdi. Bunların da ən mühümü ölkəmizin geosiyasi əhəmiyyətinin, Cənubi Qafqazdakı aparıcı mövqeyinin dünyanın aparıcı dövlətləri tərəfindən qəbul olunmasıdır. Bu mənada qlobal iqtisadiyyata töhfə verəcək Cənub-Ећərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və TACIS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın bu sammitdə iştirakına hələ əvvəlcədən böyük əhəmiyyət verilirdi. Çünki Azərbaycan güclü iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir. Etibarlı tərəfdaş kimi Azərbaycan regionla yanaşı dünya iqtisadiyyatına da böyük töhfələr verir.
Qeyd etdiyimiz kimi, Antalya sammitinin gündəliyinə qlobal iqtisadiyyat məsələləri ilə yanaşı, terrorçuluğa qarşı mübarizə və qaçqın problemi kimi məsələlər də daxil edilmişdi. Noyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından sammitdə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə verilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstanda koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub. Prezident İlham Əliyev eyni zamanda qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub.
Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi zəbt olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Ећurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur. Prezident İlham Əliyev dövlət başçılarının diqqətini dünyanın bir nömrəli beynəlxalq təşkilatının qəbul etdiyi qərarlara Ermənistan tərəfindən əməl olunmaması faktına cəlb edib. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.
Noyabrın 16-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Böyük İyirmilik"in Antalya sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib. Dövlət başçısı çıxışında Azərbaycanla Türkiyə arasında uğurla reallaşdırılan mühüm energetika və digər layihələrin yalnız region deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğunu bildirib. Bu baxımdan "Cənub" qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəmini vurğulayaraq bu layihənin həyata keçirilməsində koordinasiyanın gücləndirilməsinin önəmini vurğulayıb. "Bu layihə müvafiq ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz həmin əlaqələndirmənin, əməkdaşlığın artıq nəticələrini görürük. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu, şaxələndirmə layihəsidir. Bu halda şaxələndirmə tək marşrutların deyil - halbuki bu əhəmiyyətlidir - həm də mənbələrin şaxələndirilməsi deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün yenidir. Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək və Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bütün məqsədlərə nail olmaq üçün biz bütün tərəflər üçün əlverişli vəziyyəti yaratmalıyıq" - deyə Prezident İlham Əliyev bildirib.
Bir qayda olaraq "G20" çərçivəsində iclaslara dəvət olunan ölkələr öz inkişafları ilə diqqəti cəlb edir. Fərəhlə qeyd etməliyik ki, qısa müddətdə qazanılan iqtisadi uğurlar dünyada Azərbaycana olan marağı artırmaqla yanaşı, ölkəmizin beynəlxalq imicini də yüksəldib. Bu mənada Azərbaycanın "G20" sammitinə dəvət olunması ölkəmizin dünya iqtisadiyyatında oynadığı mühüm rolunun göstəricisi olmaqla bərabər, iqtisadi yüksəlişinin də beynəlxalq səviyyədə etirafıdır. Ən əsası, bütün bunlar ondan xəbər verir ki, regionda həyata keçirilən istənilən geoiqtisadi layihənin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: