Azərbaycan qlobal layihələrin həyata keçirilməsində və beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilib

20-11-2015, 01:00
743

http://www.azerbaijan-news.az/images/contents/89fd3ccdd6685571d804bcbfedbbcd87.jpg


"Böyük İyirmilik"in (G20) Antalya Sammitində bu fikir bir daha səsləndirildi

Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi altında son on iki ildə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq dünyada güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanınır. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında davamlı inkişaf edən ölkə kimi qəbul edilir. Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır.
"Böyük iyirmilik"in Antalya Sammitində Azərbaycanın təmsil olunması, dövlətimizin başçısının dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirak etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir. "Böyük İyirmilik" ölkələri liderlərinin qatıldığı və iki gün davam edən sammit çərçivəsində yeddi böyük toplantı keçirildi və qlobal iqtisadiyyat məsələləri, eyni zamanda, terrorçuluğa qarşı mübarizə, qaçqın problemi kimi aktual mövzular müzakirə predmeti oldu. Qeyd edək ki, "Böyük İyirmilik"ə daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi "Böyük İyirmilik"in üzvü olan ABЕћ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayır.
Onuncu dəfə keçirilən bu sammitdə Türkiyənin fəxri qonaq qismində Azərbaycanı seçməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini bir daha təsdiq etməklə yanaşı, Azərbaycanın iqtisadi potensialına verilən yüksək önəmin göstəricisidir. Cənub-Ећərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və TACIS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın bu sammitdə iştirakı böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir və etibarlı tərəfdaş kimi regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir.
Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi, eyni zamanda, qlobal əhəmiyyətli tədbirlərə ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayıb. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir. Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın olması və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı əldə edilən müsbət nəticələrdir. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapır. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir.
Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilən ölkəmiz regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirak edir. Son 12 ildə iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etmişdir. Beləliklə, həm də hücum xətti üzərində qurulan çevik və səmərəli xarici siyasət yürüdən cənab İlham Əliyev "güclü dövlət - müstəqil siyasət" devizini praktik olaraq gerçəkləşdirmişdir. Başqa sözlə, iqtisadi, siyasi və hüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir.
Azərbaycan Prezidenti İlham Əliyev "Böyük İyirmilik"in (G-20) Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda Azərbaycanın energetika sahəsində əldə etdiyi uğurlara da toxunub. "Cənub" qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəmini vurğulayaraq, həmin layihənin həyata keçirilməsində əlaqələndirmənin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Xatırladaq ki, 1999-cu ildə kəşf olunan "Ећahdəniz" yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. "Ећahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub" qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.
2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. "Cənub" qaz dəhlizinin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə "Cənub" qaz dəhlizinin üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Ећərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması "Ећahdəniz-2" layihəsinin hasilatı hesabına olacaqdır. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaqdır.
Prezidenti İlham Əliyev "Böyük İyirmilik"in (G-20) Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda bildirib: "Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün, qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu, şaxələndirmə layihəsidir. Bu halda şaxələndirmə tək marşrutların deyil, - halbuki bu, əhəmiyyətlidir, - həm də mənbələrin şaxələndirilməsi deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün yenidir. Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bu məqsədlərə nail olmaqdan ötrü biz bütün tərəflər üçün əlverişli şərait yaratmalıyıq".
"Böyük İyirmilik"in sammiti çərçivəsində Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABЕћ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Renzi, Malayziyanın Baş naziri Nacib Rezak, Avropa İttifaqı Ећurasının Prezidenti Donald Tusk ilə ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi də aparıb.
Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. "Böyük İyirmilik"in (G-20) Antalya Sammitində də Azərbaycanın bilavasitə iştirakı ilə reallaşdırılan mühüm energetika və digər layihələrin yalnız regionda deyil, dünya miqyasında da mühüm əhəmiyyətə malik olduğu xüsusi ilə vurğulandı. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: