Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

21-11-2015, 22:00
653

http://www.azerbaijan-news.az/images/contents/faa728356693bdf71381cea3340d4a5d.jpg


Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. Biz gələcəyə aydın proqramla, güclü rəhbərimiz, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək iri addımlarla irəliləyirik.
Bu fikirlər noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü ilə bağlı Astarada keçirilən tədbirdə səsləndirilib.
Toplantıda çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun inkişaf etdirilməsində və dünya dövlətləri sırasında özünə layiqli yer tutmasında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri var.
Partiyanın çox çətin və mürəkkəb bir şəraitdə, tarixi zərurətdən yarandığını vurğulayan F.Əhmədov YAP-ın xalqına, ölkəsinə və millətinə xidmət etmək istəyən insanların təşəbbüsü ilə Ümummilli Liderin rəhbərliyi ilə təşəkkül tapdığını diqqətə çatdırıb. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi və ulu öndər Heydər Əliyevin partiyaya sədr seçilməsi ağır vəziyyətdə olan ölkəmizin xilası üçün möhkəm zəmin yaradıb.
Bildirilib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı ölkəmizin siyasi həyatında yeni dövrün əsasını qoydu.
Vurğulanıb ki, 1993-cü ildə yaranan YAP Astara rayon təşkilatının sıralarında hazırda 6504 nəfər üzv var.
Toplantıda çıxış edənlər Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək dəyərləndirərək, partiyanın Astara rayon təşkilatının fəaliyyətindən danışıblar.
Sonunda partiya üzvlərinin bir qrupuna fəxri fərmanlar və hədiyyələr verilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: