Yeni Azərbaycan Partiyası qurtuluş və tərəqqinin simvoluna çevrilib

21-11-2015, 23:00
637

http://www.azerbaijan-news.az/images/contents/a40c7423c672bb316aead0d1605e43c1.jpg


Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurətdən yaranıb. Ölkəmizin siyasi həyatına yeni nəfəs verən YAP dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində mühüm rol oynayıb, qurtuluş və tərəqqinin simvoluna çevrilib.
Bu fikirlər YAP-ın yaradılmasının 23-cü ildönümü münasibətilə Bərdədə keçirilən tədbirdə səslənib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Ећadlinskaya çıxış edərək, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan və qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, 1993-cü il martın 13-də 185 nəfər təəssübkeşin iştirakı ilə təsis edilən YAP Bərdə rayon təşkilatı hazırda öz ətrafında 10 min 720 nəfər partiya üzvünü birləşdirir. Onlardan 4325 nəfəri qadın, 3973 nəfəri isə gənclərdir. YAP Bərdə rayon təşkilatı rayonun ictimai-siyasi mədəni həyatında fəal iştirak edir.
Tədbirdə digər çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Bu inkişaf hər yerdə olduğu kimi, Bərdə rayonunda da öz bəhrəsini verməkdədir. Rayonda geniş tikinti-quruculuq və abadlıq işləri aparılır, əhalinin sosial vəziyyəti yaxşılaşır.
Tədbirdə bir qrup partiya fəalına fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, məktəblilərin ifasında kompozisiya nümayiş olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: