Yeni Azərbaycan Partiyası regionun avanqard siyasi qüvvəsidir

22-11-2015, 00:00
585

http://www.azerbaijan-news.az/images/contents/86af500fbc7ab21a5a2fb84286774068.jpg


Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında partiyanın yaranmasının 23-cü ildönümü qeyd edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev ötən 23 ildə partiyanın şərəfli yol qət etdiyini bildirib. A.İmaməliyev 1991-1993-cü illərdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaos, hərc-mərcliyə yol açdığını vurğulayaraq qeyd etdi ki, məhz həmin dövrdə Azərbaycan xalqı dövlətin xilası üçün ulu öndər Heydər Əliyevə üz tutdu və dahi rəhbərin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrildi.
Tədbirdə vurğulandı ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bu gün regionun avanqard siyasi qüvvəsidir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: