YAP-ın uğurlu fəaliyyəti sayəsində ölkəmiz dinamik inkişaf yoluna istiqamətlənib

22-11-2015, 18:00
601

http://www.azerbaijan-news.az/images/contents/608d5e53b72d33666ef24569a90a9166.jpg


Yeni Azərbaycan Partiyası (YAP) ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə dövlətçiliyin qorunması, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynayıb. 2003-cü ildən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin sədrliyi ilə daha da inkişaf edən YAP nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzli bir partiyaya çevrilib.
Bu fikirlər laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində YAP-ın yaradılmasının 23-cü ildönümündə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki büstü önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
YAP Lacın rayon təşkilatının aparat rəhbəri Xaliq Musayev məruzə ilə çıxış edərək, partiyanın yarandığı tarixi şərait, keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP-ın uğurlu fəaliyyəti sayəsində Azərbaycanda siyasi sabitliyə nail olunub, ölkəmiz dinamik inkişaf yoluna istiqamətlənib.
Çıxışlarda YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələrindən biri olduğu xüsusi vurğulanıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: