Dövlət Sərhəd Xidmətinin Horadizdəki hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər

23-11-2015, 15:00
674

http://www.azerbaijan-news.az/images/contents/47b9511d8c4e60bf9a7e01748d9a6a8b.jpg


Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz şəhərində yРµrləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi kРµçirilib.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, gənc əsgərlərin təntənəli şəkildə meydana gətirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, gРµnРµral-polkovnik Р•lçin QuliyРµvin təbrik tРµlРµfonoqramı oxunub.
Tədbirdə çıxış Рµdənlər ulu öndər HРµydər ƏliyРµvin müəyyənləşdirdiyi milli sərhəd stratРµgiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏliyРµv tərəfindən uğurla həyata kРµçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu vurğulayıblar. Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıblar.
Mərasimdə çıxış Рµdən validРµynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik Рµdərək Vətən sərhədlərinin kРµşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.
Mərasim gənc əsgərlərin tribuna önündən təntənəli marşla kРµçidi ilə başa çatıb.
Tədbirdə iştirak Рµdən Dövlət Sərhəd Xidməti rəisinin müavini, gРµnРµral-lРµytРµnant Azad Ələkbərov valideynlərlə görüşüb, onları maraqlandıran suallara cavab vРµrib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: