Baş nazirin müavini: Sərsəng su anbarı ilə bağlı problem Azərbaycan cəmiyyətini düşündürən məsələlərdən biridir

24-11-2015, 15:30
752

http://www.azerbaijan-news.az/images/contents/4b4f28a0e370b2bbb539d4e265166645.jpg


Sərsəng su anbarı ilə bağlı problem Azərbaycan cəmiyyətini düşündürən məsələlərdən biridir.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycan ərazilərinə hücum etmiş və torpaqlarının 20 faizinə qədərini işğal etmiş erməni işğalçıları digər vasitələrlə də Azərbaycana problemlər yaratmağa çalışıblar.
Ə.Əhmədov dedi: "Bu istiqamətdə Sərsəng su anbarı məsələsi bizi ciddi narahat edir. Su anbarına qarşı təxribat törədilməsi təhlükəsini yaşayırıq. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti erməni təxribatının qarşısının alınması üçün tədbirlər görməlidirlər. Güman edirəm ki, bu istiqamətdə müzakirələr də yəqin ki, həqiqətin ortaya çıxmasına kömək edəcək".
Qeyd edək ki, noyabrın 23-də AЕћPA-nın sosial məsələlər komitəsinin Parisdə keçirilən iclasında Ermənistan silahlı qüvvələrinin Sərsəng su anbarının yerləşdiyi bölgədən dərhal geri çəkilməsini tələb edən qətnamə layihəsi qəbul edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: