Gənclər Təşkilatları Milli Ећurasının 20 illik yubileyi qeyd olunur

25-11-2015, 14:20
1 021

http://s018.radikal.ru/i511/1511/91/891775715ac8.jpg


Noyabrın 25-də Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Ећurasının (ARGTMЕћ) təsis olunmasının 20-ci ildönümü münasibətilə qurumun XIII qurultayı işə başlayıb.

Tədbir çərçivəsində gənclər təşkilatlarının ikinci milli konqresi də keçiriləcək.

Qurultayda dövlət və hökumət rəsmiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Milli Məclisin deputatları, 200-dən çox gənclər təşkilatının nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri iştirak edirlər.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra ARGTMЕћ-nin 20-ci ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib.

ARGTMЕћ-nin sədri Ећahin Seyidzadə çıxış edərək Ећuranın tarixi haqqında məlumat verib. Bildirilib ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Ећuranın sıralarında hazırda 112 gənclər təşkilatı, o cümlədən on minlərlə gənc birləşir.

Ећuranın fəaliyyətində əsas olan dövlətçilik prinsipi bu gün də bu qurum üçün prioritet istiqamətdir. O, ötən 20 ildə ARGTMЕћ ilə fəal əməkdaşlıq edən dövlət və hökumət qurumlarına, üzv təşkilatlara minnətdarlığını bildirib.

Gənclər və idman naziri Azad Rəhimov Ећuranın XIII qurultayının əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, dövlətimizin başçısının gənclərə diqqət və qayğısı nəticəsində ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilir, regionlarda Gənclər evləri, Gənclər Fondu və digər mühüm qurumlar fəaliyyətə başlayıb.

Nazir bildirib ki, Gənclər və İdman Nazirliyi də öz fəaliyyətində ölkəmizdə gənclərlə işi əsas prioritet kimi görür və fəal gənclərin yetişdirilməsi üçün onların yerli və beynəlxalq platformalarda iştirakına şərait yaradır. Təqdirəlayiq haldır ki, Ећuranın sıralarından bu gün mühüm dövlət vəzifələrində çalışan gənclər yetişiblər. ARGTMЕћ ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə, - "Eurovision" mahnı müsabiqəsi, "Bakı-2015" birinci Avropa Oyunları və digər mötəbər yarışlarda fəal tərəfdaşlıq edib.

Azad Rəhimov Ећuranın beynəlxalq təcrübənin ölkə gəncləri tərəfindən öyrənilməsində fəal rolunu xüsusi qeyd edib, buna görə dərin minnətdarlığını bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonio Broek çıxış edərək 20 illik yubiley münasibətilə BMT adından gənclər sahəsində yüksək xidmətinə görə Ећuranın üzvlərini təbrik edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: